ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerika Ukraynadakı vəziyyətə qarışmamalı idi.
Elchi.az xəbər verir ki, o, bu sözləri Ağ Evdə Pasxa naharı zamanı deyib.
“Bilirsiniz, Ukraynaya qarışmağa ehtiyac yoxdu, o, bizdən minlərlə mil uzaqda, okeanın o tayındadır”,-deyə Tramp bildirib.
Onun sözlərinə görə, ABŞ-ın əvvəllər Ukraynaya 250 milyard dollar və çoxlu silah-sursat verən, lakin bunun müqabilində heç nə almayan “axmaq prezidenti” olub.
Amerika liderinin çıxışının yazısı Ağ Evin YouTube kanalında dərc olunub.
Yeganə





















