ABŞ dövlət katibi Marko Rubio deyib ki, Vaşinqton İranla müharibədə “finiş xətti” görür.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Rubio qeyd edib ki, bu, bu gün və ya sabah olmayacaq, amma tezliklə baş tutacaq.
Dövlət katibinin sözlərinə görə, İran və ABŞ arasında mesajlar mübadiləsi aparılır və iki tərəf arasında müəyyən məqamda birbaşa görüş ehtimalı var.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton Tehranla razılığın əldə edilib-edilməməsindən asılı olmayaraq, İrandakı hərbi kampaniyasını iki və ya üç həftəyə bitirəcək.
Yeganə





















