İspaniya, Kiyevə hərbi dəstək üzrə yeni öhdəlik çərçivəsində Ukraynaya 1 milyard avro ayırmağı planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə Krallığın hökumət sədri Pedro Sançes Volodimir Zelenski ilə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bəyanat verib.
İspaniya Baş nazirinin sözlərinə görə, Madrid “ikitərəfli hərbi dəstək çərçivəsində 2026-cı ildə 1 milyard avro” məbləğində “yeni öhdəlik” götürür.
“Biz birlikdə çalışacağıq və sənaye müdafiəsi sahəsində birgə istehsalı və birgə hazırlamaları təşviq edəcəyik”, — deyə Nazirlər Kabinetinin rəhbəri əlavə edib.
Bununla belə, Sançesin fikrincə, bu gün Yaxın Şərqdəki münaqişənin qlobal müzakirələrdə diqqəti “böyük dərəcədə inhisara aldığını” inkar etmək olmaz.
Məryəm





















