İran Kəşfiyyat Nazirliyi ABŞ və İsrail tərəfindən respublikaya göndərilən bir neçə yüz “Starlink” peyk internet cihazının müsadirə edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Amerika-sionist düşməni tərəfindən göndərilən yüzlərlə ‘Starlink’ cihazı ölkənin müxtəlif yerlərində aşkar edilərək müsadirə olunub”, — deyə bəyanatda bildirilir.
Agentlik xatırladıb ki, İranda “Starlink” terminallarına sahib olmaq qanunsuzdur və bu, çoxillik həbs cəzası ilə nəticələnə bilər.
Məryəm





















