"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

XIII Qlobal Bakı Forumu dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsində Azərbaycan təcrübəsini təqdim etdi

13 Mart 2026 - 10:55
in MANŞET
FacebookVatsap

Martın 12-də Bakıda Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun öz işinə başlaması mükəmməl platforma kimi bir daha Azərbaycanın regional sülh və həmrəylik mərkəzi olduğunu təsdiqlədi.

Bunu da oxuyun

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Tədbirdə dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, beynəlxalq təşkilat rəhbərləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət başçılarının iştirakı Bakının qlobal məsələlərin açıq müzakirəsi və həlli baxımından legitim siyasi ünvana çevrildiyini əks etdirir. Forum iştirakçıların sayının artması isə ölkəmizə olan diqqət və etimadın, cənab İlham Əliyevin unikal sülh siyasətinə və humanizm çağırışlarına güclü dəstəyin ifadəsi kimi dəyərləndirilə bilər.

Dövlətimizin başçısı dünya ictimaiyyətini dərindən narahat edən məsələlər, o cümlədən çoxqütblü dünya nizamının pozulması, yeni geosiyasi risklər nəticəsində yaranan qlobal aktual problemlər, çoxtərəfli diplomatiya və birgə səylər sayəsində etimad mühitinin qorunması, eləcə də postmünaqişə və sülh dövründə ölkəmizin quruculuq planları barədə unikal fikirlərini və Azərbaycanın yaratdığı mükəmməl təcrübə modellərini təqdim etdi.

Bu isə bir çox ölkələrinin gələcək rifahı üçün strateji hədəf istiqamətləri kimi səciyyələndirilə bilər.
Hazırda dünyada artan geosiyasi risk və münaqişələr, yeni çağırışlar fonunda təhlükəsizlik, sabitlik və müdafiə məsələləri daha aktual və beynəlxalq əhəmiyyət kəsb edir. Prezidentin xatırlatdığı kimi, sabitlik və təhlükəsizlik hər bir ölkənin gündəliyində indi heç vaxt olmadığı qədər bir nömrəli prioritetə çevrilib və bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. “Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik”.

Bu amil sözsüz ki, Azərbaycan üçün də xüsusi aktuallıq daşıyır. Çünki ölkəmiz üçün sülh və suverenliyin bərpası, regionda dayanıqlı təhlükəsiz faktoru hər zaman prioritet olub. 30 il dözülməz işğal faktını BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində aradan qaldıran və ərazi bütövlüyünü bərpa edən Azərbaycan postmünaqişə dövründə sülhün yaratdığı imkanlardan düzgün və ağıllı məntiqlə faydalanmaqdadır.

Ermənistanla normallaşma proseslərinin möhkəmlənməsi da amilin nə dərəcədə əhəmiyyətli olduğunu təsdiqləyir. Mövcud vəziyyət də göstərir ki, hansısa bölgədə münaqişənin sülh yolu ilə həllinə dair bütün ümidlərin itirilməsinə baxmayaraq, həqiqətin, ədalət və beynəlxalq hüququn legitim sahibi olan tərəfin gücdən istifadə etməklə məqsədinə nail olması mümkündür. Bu mümkün olanı Azərbaycan dünya siyasətinə gətirərək müasir təcrübə modelinə çevirib.

Azərbaycan, eyni zamanda, başqa bir təcrübəni – münaqişədən sonrakı baxış modelini və sülh təcrübəsini qlobal birliyə təqdim edir. Bu, asan iş deyil, səbir, təmkin, prosesləri düzgün və vaxtında qiymətləndirməyi tələb edir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, normallaşma güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkündür.

Bu özünü doğruldan təcrübə də son nəticədə gərginlik nöqtələrinin qapanmasına, beynəlxalq hüququn bərqərar olmasına, qarşılıqlı etimad mühitinin yaranmasına və kommunikativ bağlantıların qurulmasına səbəb olur. Necə ki, Azərbaycan Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırıb və ticarəti bərpa edib. Bu, Azərbaycanın dünya dövlətlərinə paylaşa biləcəyi ən yaxşı praktiki dövlət nümunəsidir: “Bu, sadəcə, nəzəriyyə deyil, bu, bizim yaşadığımız, indi isə şahid olduğumuz bir reallıqdır. Hesab edirəm ki, mövcud münaqişələrin həlli istiqamətində çalışarkən bu məsələ mütləq nəzərə alınacaq”.

Azərbaycan dünya siyasətinin və iqtisadi landşaftın pozulduğu hazırkı mürəkkəb dövrdə digər vacib bir təcrübəsini ‒ enerji təhlükəsizliyi və həmrəyliyi modelini paylaşır. Bu siyasət də olduqca ədalətli və beynəlxalq həmrəylik prinsipinə əsaslanır. Birincisi, Azərbaycan neft, qaz və neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edərkən başqa ölkələrin vəziyyətini nəzərə alaraq dürüst və ədalətli qiymət tarazlığını qoruyur. Məhz bu xoşməramlı yanaşmanın nəticəsidir ki, ölkəmizdən qaz alan ölkələrin sayı hər il genişlənir, cəmi bir il ərzində daha dörd ölkə nəql tədarükünə qoşulmaqla Azərbaycanın tərəfdaşlarının sayı 16-ya yüksəlib. Bu sadiqlik və həmrəylik modelinə uyğun olaraq, ölkəmiz beynəlxalq bazarda etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.

İkincisi, bölgədə baş verən son hadisələr nəticəsində neft və qaz qiymətlərinin kəskin yüksəlişi və tarazlaşdırılmamış qiymətlər Azərbaycanın narahatlığına səbəb olur və qiymət artımlarının ixracatçılar üçün faydalı olması barədə təsəvvürləri yanlış hesab edir. Çünki pozulmalar dünya iqtisadi sistemini, maliyyə infrastrukturlarının ahəngdar fəaliyyətinə mənfi təsir göstərir. Məsələn, enerji ixrac edən dövlətlərin təsis etdiyi suveren fondların aktivləri dünyanın aparıcı institutlarında maliyyə alətlərinə, istiqrazlara investisiya edilir. Həmin institutlar və birjalar çökdükdə isə yüksək neft qiymətindən daha çox itkilər yaranır. Bu prizmadan yanaşdıqda, Azərbaycan sıçrayışlı neft qiymətlərinin tərəfdarı deyil və OPEC+ formatının məsuliyyətli üzvü kimi tarazlı və proqnozlaşdırılabilən neft qiymətinin dayanıqlılığını vacib sayır.

Mövcud çağırışlar kontekstində Azərbaycan dövləti və onun Liderinin qlobal ailənin üzvlərinə təqdim etdiyi digər vacib mesaj və təcrübə formulu nəqliyyat və logistika qırılmalarının qarşısının alınması, birgə tranzit bağlantılarının qorunub saxlanılması ilə bağlıdır. Prezident İlham Əliyevin diqqətdə çatdırdığı kimi, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır.

Bu gün Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaş olan, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran Azərbaycan çox ölkələrin, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edir. Eləcə də, Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyir, ölkənin əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməkdə qətiyyətli addımlarını davam etdirir. Bu bağlantılar isə bütün region və ətraf coğrafiyalar üçün vahid və ortaq logistika habı formalaşdıracaq. Məhz bu reallıqlar və irəliləyən təşəbbüslər fonunda Azərbaycan dünya dövlətlərini fürsətlərdən yararlanmağa, tranzit zəncirlərini möhkəm saxlamağa dəvət edir.
Beləliklə, XIII Qlobal Bakı Forumunda dünya birliyinə çatdırılan mesajlar konkret və tam aydındır. Azərbaycanın təqdim etdiyi ümumdünya çağırışları isə beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi və faydalı siyasi dialoqun təşviqi baxımından böyük əhəmiyyət kəsb edir, qlobal məsələlərin həllində fəal konstruktivliyi artırır və uğurlu nəticələrin əldə ediləcəyinə əminlik yaradır.

Ramid Namazov
Milli Məclisin deputatı

Previous Post

Almaniyada Zelenskinin təcavüzünə Orbanın cavabı açıqlandı

Next Post

Tramp İrana: Bu dəli alçaqların başına bu gün nə gələcəyini izləyin

Bənzər yazılar

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

13 Oktyabr 2026 - 16:48

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı əməliyyatda həddindən artıq irəli getmiş ola biləcəyini, çünki administrasiyanın kiminlə qarşı-qarşıya olduğunu anlamadığını bəyan...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36

Vəzifəyə gəldiyi gündən bəri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini tez-tez tənqid edib və Ukrayna ilə bağlı sələfi...

Next Post
Tramp İrana: Bu dəli alçaqların başına bu gün nə gələcəyini izləyin

Tramp İrana: Bu dəli alçaqların başına bu gün nə gələcəyini izləyin

Səfir: Azərbaycan 600-dən çox Çin vətəndaşının İrandan təxliyəsinə böyük dəstək göstərib

Səfir: Azərbaycan 600-dən çox Çin vətəndaşının İrandan təxliyəsinə böyük dəstək göstərib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 - 18:07
Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.