28 fevraldan bəri İsraillə İrana hücum edən ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni bir təhdid səsləndirərək dedi: “Bu dəli alçaqların başına bu gün nə gələcəyinə baxın”.
Elchi.az xəbər verir ki, sosial media hesabındakı paylaşımda Tramp İrana qarşı yeni təhdidlər irəli sürüb.
İranın dəniz və hava qüvvələrinin məhv edildiyi iddiasını təkrarlayan Tramp, Tehranın əlində olan raketlərin, dronların və digər aktivlərin məhv edilməsinin davam etdiyini iddia edib.
Tramp dedi: “Bizim misli görünməmiş atəş gücümüz, limitsiz sursatımız və çoxlu vaxtımız var. Bu gün bu dəli alçaqların başına nə gələcəyinə baxın”.
İranın “47 ildir bütün dünyada günahsız insanları öldürdüyünə” görə qisas almaq üçün indi günahsız insanları öldürdüyünü iddia edən Tramp, bununla “böyük qürur duyduğunu” bildirib.
– Tramp İranın yeni lideri Müctəba Xameneinin sağ olduğuna inanır.
Hələ tam yayımlanmamış Fox News-a verdiyi müsahibədə Tramp İranın yeni lideri Müctəba Xamenei haqqında da danışıb.
Müctəba Xameneinin sağ olduğuna inandığını bildirən Tramp, “Düşünürəm ki, yaralanıb, amma yəqin ki, hansısa mənada sağdır” dedi.
Hörmüz boğazından keçməyə çalışan gəmilərin cəsarət göstərməli olduğunu deyən Tramp əlavə etdi: “Qorxacaq bir şey yoxdur. Onların donanması yoxdur və biz bütün gəmilərini batırmışıq”. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İranın yeni lideri Müctəba Xameneinin vəziyyəti ilə bağlı suala “O, yaralanıb, amma vəziyyəti yaxşıdır” cavabını vermişdi.
Şayəstə





















