İsrail müdafiə naziri İsrael Katz, Hizbullahın İsrailə atəş açmağı dayandırmasa, İsrailin Livana hücum edəcəyini söylədi. Katz, “Hizbullahın İsrailə atəş açmasının qarşısı alınmazsa, bölgəni ələ keçirib özümüz edəcəyik” dedi.
Elchi.az xəbər verir ki, İsrail müdafiə naziri Katz, yüksək rütbəli hərbi rəsmilərlə vəziyyətin qiymətləndirilməsi iclası keçirdi. Görüşdən sonra verdiyi açıqlamada, Katz, Hizbullahın dünən İsraili güclü raket atəşi ilə hədəf aldığını və İsrail ordusunun Beyrutun Dahiye bölgəsində və Livan boyunca intensiv hücumlar həyata keçirdiyini bildirdi.
Livan hökumətinə mesaj göndərdiklərini ifadə edən Katz, Livanı işğalla hədələyərək dedi: “Əgər Hizbullahın İsrailə atəş açmasının qarşısı alınmazsa, bölgəni ələ keçirib özümüz edəcəyik”.
Katz, İsrail Baş naziri Binyamin Netanyahu ilə birlikdə orduya Livandakı əməliyyatlarını genişləndirməyi tapşırdığını söylədi. Bu arada, Times of Israel qəzeti, Hizbullahın dünən İsrailə 200-dən çox raket atdığını və raketlər atıldıqdan sonra buraxılış yerlərinin yarısının İsrail ordusu tərəfindən məhv edildiyini bildirdi.
Şayəstə





















