Kiyevdən Volodimir Zelenski Macarıstanın baş naziri Viktor Orbanla əlaqə saxlamadığını, lakin guya Slovakiyanın baş naziri Robert Fiko vasitəsilə ona Ukraynaya səfər dəvətini çatdırdığını bildirib.
Elchi.az xəbər verir ki, “Politico”ya müsahibəsində Zelenski bildirib ki, o, Fikonu ölkəyə səfərə dəvət edib və onun vasitəsilə Orbana dəvət göndərib.
Kiyev rejimi liderinin sözlərinə görə, görüş ya ikitərəfli, ya da üçtərəfli formatda baş tuta bilərdi.
“Biz Orbanla danışmırıq. Mən dəvət etdim, ölkəmiz dəvət etdi. Yeri gəlmişkən, Slovakiyanın baş naziri, telefonla danışdıq, mən də onu dəvət etdim və o, bəli, tarix təyin etməliyik dedi. Və sonra yoxa çıxdı. Amma Macarıstanın baş naziri, yəni mən onu da Ukraynaya dəvət etmişəm”.
Müsahibədə Zelenski Kiyevin neft tranzitini dayandırmasına cavab olaraq Macarıstan və Slovakiyanın Aİ-nin 90 milyard avroluq kreditini bloklamasına da münasibət bildirib. O, bu mövqeyini “şantaj” adlandırmaq istəyirdi, lakin onun ingiliscə ifadəsini xatırlaya bilmirdi.
Yeganə





















