Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İraqdakı konsulluq binasına pilotsuz təyyarə hücumu edilib.
Elchi.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İraqdakı konsulluq binasına pilotsuz təyyarə hücumu edilib.
BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında BƏƏ-nin İraq Kürdüstan Regional Hökuməti (İKRH) bölgəsindəki konsulluq binasının hədəf alındığı bildirilib.
Bəyanatda “xain terror hücumu” kimi təsvir edilən pilotsuz təyyarə hücumu qətiyyətlə pislənilib və konsulluq binasına ziyan dəydiyi, lakin heç bir itki olmadığı qeyd edilib.
Diplomatik nümayəndəliklərin hədəf alınmasının bütün beynəlxalq qanunların, ilk növbədə diplomatik binaların və personalın tam toxunulmazlığını təmin edən Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının açıq şəkildə pozulması olduğu vurğulanıb.
Hücum “təhlükəli eskalasiya və regional təhlükəsizlik və sabitliyə təhdid” kimi vurğulanıb.
İraq hökumətinə və Kürdüstan Regional Hökumətinə (KRH) ünvanlanan bəyanatda hücumla bağlı araşdırma aparılmasına, məsul şəxslərin müəyyən edilməsinə və onların məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirlərin görülməsinə çağırış edilib.
Beynəlxalq qanun və normalara uyğun olaraq diplomatik nümayəndəliklərin və personalın qorunmasının vacibliyi vurğulanan bəyanatda qeyd olunur ki, BƏƏ təhlükəsizliyi və sabitliyi pozmağa yönəlmiş bu cür xain hücumları birmənalı şəkildə rədd edir.
Şayəstə





















