İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail və ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi hədəflərinin İran raketlərinin güclü zərbələri ilə vurulduğunu iddia edir.
Elchi.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.
“Əməliyyat düşmən qəti şəkildə məğlub edilənə qədər amansızcasına davam edəcək”, – məlumatda qeyd olunub.
SEPAH əlavə edib ki, bölgədəki bütün ABŞ obyektləri İran ordusu üçün qanuni hədəfdir.





















