“Ukrayna Avropa İttifaqının (Aİ) üzvü olmağa layiq deyil, çünki bu, onun üzv dövlətləri olan Macarıstan və Slovakiyanın enerji təhlükəsizliyinə xələl gətirir”,
Elchi.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto milli parlamentdə Ukrayna münaqişəsi və Budapeşt ilə Kiyev arasındakı münasibətlərlə bağlı çıxışı zamanı deyib.
Ukraynanın “Drujba” boru kəməri ilə Rusiya neftinin tədarükünü dayandırmasını xatırladan nazir qeyd edib:
“Avropa İttifaqında siyasi səbəblərə görə Aİ-yə üzv dövlətlərin enerji təchizatının təhlükəsizliyini təhdid edən, seçkilərin nəticələrinə təsir göstərmək və Macarıstanda ukraynayönlü qüvvələrin hakimiyyətə gəlməsinə kömək etmək istəyən ölkəyə yer yoxdur. Hazırda Drujba kəməri ilə xam neftin tranzitinin bərpası üçün heç bir texniki maneə yoxdur.”
O, vurğulayıb ki, Budapeşt və Bratislavanın birgə qəbul etdiyi əks tədbirlər Kiyev Rusiyadan neft üçün boru kəmərini açana qədər qüvvədə qalacaq:
“Biz Ukraynaya dizel yanacağının tədarükünü dayandırdıq və açıq şəkildə bildirdik ki, Macarıstana neft tədarükünə başlayana qədər Brüsseldə onun üçün əlverişli qərarlar qəbul edilməyəcək”.
Siyarto həmçinin təsdiqləyib ki, Macarıstan hökuməti Ukraynanın tələsik Aİ-yə daxil olmasına qarşıdır, çünki bu, bütün Avropanı Rusiya ilə birbaşa hərbi münaqişəyə sürükləyəcək və Avropa iqtisadiyyatına böyük ziyan vuracaq. Bundan başqa, Budapeşt hesab edir ki, Kiyev Avropa strukturlarına inteqrasiyaya layiq deyil, çünki o, Zakarpatiyadakı macar azlığının hüquqlarını pozur və məcburi hərbi xidmətə yol verir.
Yeganə





















