İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə keçirilən nüvə danışıqlarının üçüncü raundu 26 fevral Cümə axşamı günü İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
Elchi.az xəbər verir ki, Omanın xarici işlər naziri Bədr bin Həmid əl-Busaidi ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında verdiyi açıqlamada bildirib: “ABŞ-İran danışıqlarının bu cümə axşamı Cenevrədə keçiriləcəyini və razılaşmanın yekunlaşdırılması istiqamətində müsbət bir irəliləyiş əldə ediləcəyini təsdiqləməkdən məmnunam.”
Tərəflər 6 fevralda Omanda dolayı danışıqlar üçün görüşdülər və əlaqələri davam etdirmək barədə razılığa gəldilər. Daha sonra danışıqlar 17 fevralda Cenevrədə davam etdi.
Müzakirələr xüsusilə İranın uran zənginləşdirmə dərəcəsi və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının vəziyyəti ilə bağlı olub.
Şayəstə





















