AP ABŞ ilə ticarət sazişinin ratifikasiyasını dayandıra bilər
Avropa Parlamentinin (AP) Beynəlxalq Ticarət Komitəsinin rəhbəri Bernd Lange Avropa İttifaqının (Aİ) ABŞ ilə ticarət sazişinin ratifikasiya prosesinin dayandırılmasını təklif etməyi planlaşdırır.
Elchi.az Avropa Parlamentinin deputatının bəyanatına istinadən xəbər verir ki, buna səbəb ABŞ prezidenti Donald Trampın ticarət siyasəti ilə bağlı qeyri-müəyyənlikdir.
Təklif bazar ertəsi, fevralın 23-də keçiriləcək fövqəladə iclasda təqdim olunacaq. Söhbət 2025-ci ilin avqustunda bağlanmış Turnberi sazişinin ratifikasiyasına aiddir. Saziş ABŞ tərəfindən tədarük edilən Avropa mallarına 15%-lik rüsumların tətbiqini nəzərdə tutur. Bununla belə, ABŞ Ali Məhkəməsinin tarifləri endirmək qərarı ratifikasiya ehtiyacını sual altına qoyub.
Yeganə





















