Yaponiyada keçirilən erkən ümumi seçkilərin nəticələrinə görə, Baş nazir Takaiçi Sanaenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası müharibədən sonrakı tarixə düşəcək bir fərqlə yarışda qalib gəldi.
Elchi.az xəbər verir ki, Yaponiyanın dövlət televiziyası NHK-nın xəbərlərinə görə, səslərin sayılmasının nəticələrinə əsasən, Takaiçi Liberal Demokrat Partiyası (LDP) parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında 465 yerdən 316-sını qazandı.
LDP yerlərinin sayını 198-dən 316-ya çatdırdı. Beləliklə, hakim partiya parlamentdə üçdə iki çoxluq hesab edilən 310 yerlik həddi keçdi.
Bu nəticə ilə LDP İkinci Dünya Müharibəsindən bəri Yaponiyada bu uğura imza atan ilk partiya oldu.
Hakim koalisiya tərəfdaşı Nippon İşin (JIP) də yerlərinin sayını 2 artıraraq 36-ya çatdırdı.
465 üzvdən ibarət Nümayəndələr Palatasında (Şugiin) üçdə iki səs çoxluğu həddinin 310 yerlik həddindən artıq olması konstitusiyada dəyişiklik edilməsi və qanun layihələrinin qəbul edilməsi istiqamətində irəliləyiş əldə edilə biləcəyi anlamına gələ bilər.
LDP hazırda parlamentin yuxarı palatası hesab edilən Məsləhətçilər Palatasında (Sangiin) çoxluğa malik deyil.
Şayəstə





















