"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Report” İnformasiya Agentliyinin 2 yaşı tamam oldu – REPORTAJ, FOTOLAR

27 Oktyabr 2016 - 20:41
in XƏBƏR LENTİ
FacebookVatsap

“Report” İnformasiya Agentliyinin 2 yaşı tamam oldu - REPORTAJ, FOTOLAR

Bunu da oxuyun

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

Ölkənin xəbər məkanında xüsusi çəkisi olan “Report” İnformasiya Agentliyi 2 yaşını qeyd edir. Öncə qeyd edək ki, agentlik 2014-cü ildə təsis olunub və əsas veb-resursu olan www.report.az 27.10.2014 tarixdən fəaliyyətə başlayıb.
Fəaliyyətləri barəsində isə elə onların özlərindən məlumat aldıq. İlk olaraq söhbət etdiyimiz agentliyin baş redaktoru Murad Əliyev ötən iki ilin çətinlikləri və uğurları barəsində aşağıdakıları danışdı: “Report” sırf informasiya agentliyi olaraq xəbər istehsal edən fabrik funksiyasını öz üzərinə götürür. Və ötən 2 il ərzində də məhz bununla məşğul olmuşuq. Bunun nəticəsidir ki, il ərzində agentliyin xəbərlərini ölkədə və xaricdə fəaliyyət göstərən 100-dən artıq informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları gündəlik olaraq istinadla yayımlayıblar. Əgər bizim xəbərlərin ölkə gündəminə töhfəsi varsa, bir çox saytlar istifadə ediblərsə, deməli, biz öz üzərimizə düşən işi görməyi bacarmışıq. İnformasiya agentliyinin işi bir konveyer üsulu ilə işləyən fabriki xatırladır. Əsas məsələ mexanizmi düzgün qurmaqdı və daim onun hər detalının necə işləməsinə nəzarət etməkdir. Adamı ruhlandıran da odur ki, bu işlərin bəhrəsini görürük. Hazırda agentlikdə daxili və xarici siyasət, iqtisadiyyat, idman, regionlarla iş, analitika şöbələri fəaliyyət göstərir, hərəsi gün ərzində öz üzərinə düşən işi yerinə yetirirlər. Lakin gündəmdən asılı olaraq bütün sahələr bir sahəyə dəstək verirlər. Misal üçün “Bakı 2015” Avropa Oyunları keçirilən 1 ay ərzində bütün şöbələr idman arenalarına səfərbər olmuşdu. Ötən ay referendum keçirilən zaman sahəsindən asılı olmayaraq hər kəs məntəqələrə təhkim olunmuşdu. Futbol dilinə transformasiya etsək total məlumat ötürən media strukturu yarada bilmişik”.
Baş redaktor bildirib ki, dünyada və ölkədə baş verən iqtisadi çətinliklər onlardan da yan keçmir: “Bugünki maliyyə sisteminin silkələnib oturuşduğu dövrdə, agentliyin abunəçiləri də öz məsrəflərinə yenidən baxır. Bununla belə, bu gün onlarla biznes strukturu “Report.az”-ın xəbərlərinə abunədir, gündəlik bülletenlərimizi alırlar. Əvvəllər bütün xəbərlərimizi açıq formada yayımlayırdıqsa, indi sırf maliyyə, korporativ biznes sahəsinə aid olan özəl xəbərləri yalnız abunəçilərimizin oxumasına şərait yaradırıq. Və yuxarıda qeyd etdiyim maliyyə problemlərinə baxmayaraq, hər gün abunəçilik üçün olunan müraciətlər, xəbərlərimizin bu sahədə fəaliyyət göstərən strukturlar üçün nə qədər önəmli olduğunu göstərir. Bugün “Report” agentliyində artıq formalaşmış bir komanda var. Və ən əsası bu komanda medianın baza prinsiplərinə əsaslanaraq öz üslubunu yaradıb. “Report” kollektivi əsasən gənclərdən təşkil olunub və bəlkə də Azərbaycan media məkanında ən gənc kollektivdir. Bunun da öz üstünlükləri var – gənclər daha çox enerji ilə çalışır, gün ərzində ölkədə və xaricdə baş verən hadisələri diqqətdə saxlayırlar. Sevindirici hal odur ki, “Report”da hər hansı sahə üzrə işləməyə başlayan və ümumiyyətlə burada mətbuat işinə başlayan əməkdaşlarımız, bu gün öz sahəsində aparıcı jurnalistlərdəndir. Kollektivdə subordinasiyaya ən yüksək səviyyədə əməl olunur. Amma bununla belə, kifayət qədər mehriban, yaradıcı mühit yaratmağı bacarmışıq. Ümumiyyətlə mən həmişə deyirəm ki, hansı redaksiyada dedi-qodu varsa, bu, bekarçılıqdan irəli gəlir. Hərə öz işi ilə məşğul olsa heç bir söz-söhbət yaranmaz”.
Agentliyin siyasət şöbəsinin redaktoru Pərvin Abbasov isə bizi fəaliyyətləri ilə bağlı məlumatlandırdı: “Gün ərzində 180-190 Azərbaycan, 110-120 rus,  ingilis dilində isə 50-60 xəbər istehsal edirik. Xəbərlərimiz bütün sahələri əhatə edir.  Eyni zamanda dövlət qurumlarının hamısı və üzdə olan QHT-lərlə də əməkdaşlıq edirik. Redaksiyamızın kollektivi əsasən gənclərdən ibarətdir. Təxminən 50 işçimiz var. Bundan əlavə rayonlarda və bir neçə xarici ölkədə müxbirlərimiz fəaliyyət göstərirlər. Xarici ölkələr arasında Türkiyə, Ruminiya, İsveçrə, Gürcüstan, Rusiyada nümayəndələrimiz mövcuddur. Gördüyünüz kimi burada redaktorlar və jurnalistlər hamısı bir otaqdadırlar. Rəhbərliyin istəyi ilə biz “news room”da (xəbər otağı) fəaliyyət göstəririk. Hazırda sosial şəbəkələr deyərdim ki, informasiya agentlikləri, xəbər saytları üçün sanki rəqibdirlər. Yəni kimsə nədənsə xəbər tutursa, onu dərhal sosial şəbəkədə yaya bilər. Bizim işimiz isə o informasiyanı dəqiqləşdirib yaymaq və bununla yanaşı operativliyi qorumaqdır. Deyərdim ki, bunun da öhdəsindən uğurla gəlirik”.
Digər informasiya agentlikləri arasında rəqibləri barəsində danışan P.Abbasov bildirib ki, aparılan statistikalarda “Report” ya birinci, ya da ikinci sırada yer alır: “Ya birinci yerdə oluruq, ya da ikinci yerdə. İnformasiya bazarında liderlərdən biriyik. Biz özümüz başqalarına rəqibik”.
Fikrini aldığımız siyasət şöbəsinin digər redaktoru  İmdad Əlizadə hesab edir ki, ölkədə siyasi xəbərlərə maraq, heç də az deyil:“Artıq bir ildən çoxdur ki, burada çalışıram. Pərvin Abbasovla birlikdə daxili siyasət sahəsinin redaktoruyam.  Deyirlər ki, siyasi hadisələr olmadığı üçün bu xəbərlərə maraq yoxdur. Ancaq mən, əksini düşünürəm. Siyasət xəbərlərinə maraq böyükdür. Ümumiyyətlə, “Report”un xəbərlərinin həm oxunma, həm də yayılma faizləri kifayət qədər yüksəkdir. Gün ərzində gündəmdə olan bir neçə xəbər varsa, onların içərisində mütləq bizim də xəbərimiz yer alır. Bunu tam məsuliyyətimlə deyə bilərəm. Aprel hadisələri dönəmində də “Report” agentliyi kifayət qədər fəal işlədi. Yeni azad olunan “Lələ-təpə” yüksəkliyindən də ilk foto və video görüntüləri biz yaydıq.  Ümumiyyətlə, hadisə baş verdiyi zaman biz çalışırıq ki, dərhal orada olaq. Elə hadisə yeri olmaz ki, orada bizim əməkdaşlarımız olmasın. “Report”un iki illik fəaliyyətini çox uğurlu sayıram. Hesab edirəm ki, Azərbaycanda ən uğurlu layihələrdən biri “Report”dur. Bunu biz işçilər olaraq demirik, həmçinin kənardan fəaliyyətimizi izləyən dostlar da eyni fikirdədirlər. Agentliyin ən böyük üstünlüyü ondan ibarətdir ki, bu kollektivdə uzun illər jurnalistika sahəsində çalışan insanların təcrübəsi ilə gənclərin enerjisi sintez olunub. Bu təcrübə ilə enerjinin birləşməsi nəticəsində gözəl kollektiv və iş ortaya çıxıb. Jurnalistlərimiz çalışırlar ki, xəbərləri daha tez saytda çıxsın. Yəni ən əsas odur ki, işə həvəs və vicdanla yanaşırlar. Hazırda müasir jurnalistikanın qarşısında duran əsas suallardan biri operativlik, yoxsa dəqiqlik məsələsidir. Hesab edirəm ki, indiki jurnalistikada bunların ikisini bir-birindən ayırmaq mümkün deyil. Uğur yalnız ondadır ki, bunun hər ikisini eyni zamanda etmək mümkün olsun. “Report” bax bunu bacarır”.
Yuxarıda da qeyd olunduğu kimi “Report” informasiya agentliyi 3 dildə fəaliyyət göstərir və gün ərzində xarici xəbərlərə də geniş yer verilir. Bu xəbərlərin əsas məsuliyyəti isə beynəlxalq şöbənin redaktoru Viktoriya Dementyevanın üzərindədir. Onunla da söhbət edib, fikirlərini aldıq.
V.Dementyeva bildirdi ki, dünyada baş verən hadisələr barəsində operativ xəbər verməyə çalışırlar: “Səfirliklərlə çox sıx işləyirik. Eyni zamanda çalışırıq ki, xaricdə ölkəmizə gələn nümayəndələrlə də görüşək, açıqlamalar alaq. Bunu da bacarırıq. Ümumi olaraq gün ərzində təxminən 50 xəbər istehsal edirik. Çox şadam ki, bu cür kollektivdə çalışıram”.
“Report” informasiya agentliyində həmçinin iqtisadi sahə üzrə analitik yazıların, proqnozların da yayımının şahidi oluruq. Statistikalar göstərir ki, xüsusilə də ölkədə iqtisadi vəziyyətin gərgin olduğu dönəmdə, insanlar mediadan daha çox bu tip yazıları oxumağa üstünlük verirlər. Öyrəndik ki, təhlil və proqnozları Cavid Əzimov,  xəbərləri isə Namiq Hüseynov və digər əməkdaşlar yazırlar. İqtisadi şöbənin redaktoru isə Vüqar Mustafayevdir.
Söhbətimizi elə Vüqar Mustafayevlə davam etdirdik. İlk olaraq onu qeyd edək ki, V.Mustafayev manatın dollarla nisbətdə gələcək məzənnəsi ilə bağlı onu bildirdi ki, növbəti aylarda dollar bahalaşmaqda davam edəcək: “İki il ərzində əldə etdiyimiz nailiyyətlər hansısa redaktorun və ya əməkdaşın şəxsi uğuru deyil. Bu, bütün komandanın işinin nəticəsidir. İqtisadi proqnozlara gəlincə isə hiss edirəm ki, bu tip yazılara insanlarda getdikcə tələbat artır. Bunu həm bank mütəxəssisləri, həm də bu sahənin jurnalistləri tərəfindən də eşidirik. Çalışırıq ki, bazarın tələblərinə cavab verən yazılar ortaya qoyaq. Həmçinin yazılarımızda insanların durumla bağlı beyinlərindəki yaranan suallarına tam şəkildə cavab verməyə çalışırıq. Proqnozlarımız bəzən özünü doğruldur, bəzən isə doğrultmur. Ancaq biz, əsas komponentlər üzrə öz fikirlərimizdə qalırıq. Misal üçün bəzən deyirlər ki, yazdınız dollar bahalaşacaq, ancaq bu, baş vermədi. Ola bilər ki, bu proseslər bir qədər ləngiyə bilər. Ancaq biz qəti fikrimizdə qalırıq. Prosesin ləngiməsində müəyyən subyektiv və obyektiv səbəblər var. Lakin bunlar müvəqqəti xarakter daşıyır. Prosesin ümumilikdə hansı səviyyədə inkişaf edəcəyi ilə bağlı isə fikirlərimiz üstünlük təşkil edir. Analitik qrup öz fikrində qalır ki, dollar tədricən bahalaşacaq. İlk mərhələdə 2 manat həddini keçəcək. Sonrakı proseslər isə aparılacaq iqtisadi islahatlar və həyata keçiriləcək valyuta siyasətindən asılıdır”.
Agentliyin bölgə xəbərləri üzrə redaktoru Valeh Dadaşov da bizə işləri barəsində məlumat verdi: “Bizim hədəfimizi təkcə Azərbaycanda inkişaf etmək deyil. Əsas məqsədimiz ölkənin hüdudlarından kənarda da oxucu sayımızı artırıb, beynəlxalq arenada tanınmaqdır. İlkin mərhələdə Azərbaycanın bölgələrində 9 müxbir postumuz fəaliyyət göstərir. Çalışırıq ki, bölgələrdə baş verən bütün xəbərləri operativ olaraq oxucularımıza çatdıraq”.
“Report”un redaktorlarının yanaşması ilə desək, xəbər istehsalçıları (jurnalistlər) ilə də söhbət etdik.
Siyasət şöbəsinin jurnalisti İlkin Pirəli aşağıdakıları bildirdi: “Report” İnformasiya Agentliyi yaranan gündən burada işləyirəm. “Report” jurnalist üçün yerli mediada ən yaxşı şərtləri olan media orqanlarından biridir. Yəni, jurnalistin fəaliyyəti üçün nə lazımdırsa, burada var. Kollektiv də gəncdir, redaktor heyəti ilə müxbirlər arasında uçurum yoxdur, elə bunun özü əsas məsələlərdəndir. “Report”da əsas işə diqqət yetirilir. Agentlikdə jurnalistə kvota basqısı yoxdur, sadəcə, müxbir öz sahəsi üzrə xəbəri birinci verməlidir, vəssalam. “Report”da işləmək perspektivdir. İki illik fəaliyyətin nəticəsi də göz qabağındadır”.
Sosial sahənin jurnalisti Aynur Osmanqızı da bildirdi ki, gündəlik 3-4 xəbər yazır: “Bizdə xəbər limiti yoxdur. Əsas xəbəri birinci verməkdir. Redaktorlarımız bizi sıxmır, sadəcə olaraq dost kimiyik. “Report”da çalışdığım üçün özümü şanslı hesab edirəm”.
“Yeni Müsavat” Media Qrupunun kollektivi olaraq, biz də “Report” İnformasiya Agentliyinin bütün əməkdaşlarını fəaliyyətlərinin iki illinin tamam olması münasibət ilə təbrik edirik.
Əli Rais
Fotolar müəllifindir.


















Previous Post

“50 mini verdim, dedi, “MTN-geyim” yazarsan” – yanan bina işində şok ifadə

Next Post

Politoloq “Ermənistanda qırğın olacaq” dedi

Bənzər yazılar

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12

ABŞ və İran arasında mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl təklif etdiyi yeddi günlük planın şərtlərindən ibarətdir. Elchi.az xəbər verir...

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09

Türkiyədə 5,1 maqnitudalı zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb....

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40

"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb. Bu barədə Elchi.az Ağdam təmsilçisinin mətbuat xidmətindən...

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 000 mAh tutumlu güclü batareya - yeni HONOR X9e Pro...

Next Post

Politoloq “Ermənistanda qırğın olacaq” dedi

Politoloq “Ermənistanda qırğın olacaq” dedi

Son xəbərlər

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09
“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.