"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Təcrübəli jurnalist və media təşkilatçısı

20 Fevral 2024 - 16:21
in MƏDƏNİYYƏT
FacebookVatsap

İsmayıl Ömərov – 70

Bunu da oxuyun

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

Dəyərli həmkarımız İsmayıl Ömərovun adı televiziya tamaşaçılarına yaxşı tanışdır. Uzun illər dövlət televiziyasında çalışıb, sonra iki dönəm yeni yaranan İctimai televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru olub. İstər sovet dövründə, istərsə də müstəqillik illərində audiovizual jurnalistikamızın layiqli simalarından sayılır.

Hələ AzTV-də “İctimai-siyasi proqramlar”ın baş redaktoru olduğu zaman fərqli redaksiyalarda çalışan müxbir, rejissor və operatorlar bir müşkülləri olanda ümid yeri kimi məhz İsmayıl müəllimə üz tutub və onun köməkliyi ilə problemlərinin həllinə nail olublar. Elə vəzifəsindən asılı olmayaraq, bütün həmkarlarının xeyir-şərində də o, yaxından iştirak edib, sadə və səmimi davranışları ilə könülləri fəth edib. Odur ki, bü gün köhnə iş yoldaşları onu görəndə sevinir, sidq-ürəklə hal-əhval tuturlar.

İsmayıl Ömərov 1954-cü il fevralın 20-də Gürcüstanın qədim Borçalı mahalında – Kəpənəkçi kəndində anadan olub. Orada orta məktəbi bitirib və arzu qanadlarında Bakıya gələrək, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1976-cı ildə ali təhsilini müvəffəqiyyətlə başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb. Eyni zamanda, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnib.

Dövlət Televiziyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər böyük yaradıcılıq yolu keçən İsmayıl Ömərov “Siyasi proseslərin idarə olunmasında televiziyanın rolu” mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. “Qızıl qələm” və “Araz” Ali Media mükafatlarının sahibidir. 1998-ci ildə “Azərbaycanın əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Prezident İlham Əliyevin 10 noyabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan televiziyasının və radiosunun inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. İsmayıl Ömərov həm də Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olub.

2005-ci ildə 22 namizəd arasından səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçiləndə o, artıq 30 illik təcrübəyə malik qələm və mikrofon sahibi idi. Seçkidən çox az vaxt – cəmi 3 ay keçəndən sonra elan etdi ki, yaradıcı və texniki heyət efirə çıxmağa hazırdır. Həmin il avqustun ­29-da İctimai televiziyanın açılış mərasimi əsl bayrama çevrildi. Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, müxalifət düşərgəsinin təmsilçiləri, elm və sənət adamları tədbirə qatıldı… Çünki hamı İctimai televiziyanı özününkü bilirdi.

Təşkilatçılıq və idarəetmə bacarığı sayəsində qısa bir müddət ərzində İsmayıl müəllim Azərbaycanda vizual media sahəsində ən demokratik və şəffaf institutlardan olan İctimai teleradionun pərvəriş tapmasını bacarıqla reallaşdıra, həsəd aparılacaq dərəcədə sağlam mühit yarada bildi. Azərbaycanda ənənəvi televiziyalardan fərqli, müxtəlif siyasi cərəyanların, ideya, fikir daşıyıcılarının düşüncələrini böyük auditoriyaya çatdırmağa, onunla paylaşmağa imkan verən, cəmiyyətin ayrı-ayrı təbəqələrinin maraqlarını uzlaşdıran yeni televiziyanı sıfırdan yaratmaq elə də asan məsələ deyildi. Amma İsmayıl Ömərov bunu bacardı.

…Bir il olardı ki, İTV fəaliyyətdə idi. İsmayıl müəllimin görüşünə getdik. Yaradılan studiyalar, aktual verilişlər, ilk yaradıcılıq uğurları barədə həvəslə söhbət açdı və bununla kifayətlənməyərək, bizi müavinlərindən birinə qoşdu ki, “möcüzə”ləri gəzib öz gözlərimizlə görük. Bax, gördüyü işlərdən, yaratdığı şəraitdən zövq alan belə bir rəhbər olub İsmayıl müəllim.

Bu gün 70 yaşı tamam olan İsmayıl Ömərov fəxr edə bilər ki, İTV-yə rəhbərlik etdiyi dövrdə vulqar əcnəbi serialların, sənət və sənətkarlıqdan uzaq, tozanaq yaradan bəsit düşüncəli “sənət” adamlarının ekran və efir məkanını primitiv şou proqramlarla zəbt etdiyi bir vaxtda, tamaşaçını dərindən düşündürən, onu özünün və Vətənin taleyinə biganə qalmağa qoymayan, döyüşkən, mübariz ruhlu siyasi proqramlar ekrana gətirdi və qısa bir müddətdə üstünlük qazanan ciddi telepublisistikanın ən parlaq simalarından biri kimi məşhurlaşdı, tamaşaçıların sevimli kanalını ərsəyə gətirdi.

Yaxın tariximizin, ötən əsrin 90-cı illərinin qaranlıq səhifələrinin, həmin dövrdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin ciddi şəkildə araşdırılması və ilk dəfə ekranlaşdırılmasında İsmayıl Ömərovun danılmaz rolu olub. Bir-birinin ­ardınca, müəllifi və aparıcısı olduğu “Qanlı yanvar”, “Qarabağ düyünü”, “Blokada”, “Əsrin faciəsi”, “Xəyanət”, “Qurtuluş” və s. silsilə teleserialları ilə yaşadığımız ağrılı-acılı illərə ayna tutub, qaranlıq hadisələrə aydınlıq gətirib, bir çox məchullara cavab arayıb. Görkəmli dövlət və ictimai xadimlərlə, partiya sədrləri, hüquq mühafizə orqanlarının, Milli Ordumuzun rəhbərləri ilə müsahibələri və cəsarətli suallar verməsi, ciddi jurnalist arqumentləri gətirməsi diqqət çəkib, böyük rezonans doğurub və hələ də yaddaşlardan silinməyib. Əvvəlcə onun çıxışlarını hay-küylə qarşılayanlar az sonra tutarlı bir cavab verə bilmədikləri üçün geri çəkilməyə məcbur olurdular. Gücləri ona çatırdı ki, gedib orda-burda İsmayıl Ömərovu “müstəntiq-jurnalist” kimi xarakterizə etsinlər.

Görkəmli alimlərimiz, ziyalılarımız, ictimai xadimlərimiz, şair və yazıçılarımız isə öz çıxışlarında, respublika mətbuatında dərc etdirdikləri məqalələrində bu verilişləri ciddi yaradıcı araşdırma işi kimi yüksək qiymətləndirir, onun ictimai-siyasi əhəmiyyətindən bəhs edirdilər. Xalq şairləri Bəxtiyar Vahabzadə, Qabil, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı və digər çoxsaylı nüfuz sahiblərinin obyektiv fikirləri buna ən gözəl nümunədir.

İsmayıl Ömərovun yaradıcılığını dəyərləndirənlər yaxşı bilirlər ki, bu verilişlər sadəcə istedadlı bir jurnalistin təxəyyülünün məhsulu deyil, konkret faktlara, əsaslı arqumentlərə söykənən, Vətənimizin ağrı-acılarını öz ruhunda, canında yaşadan mübariz qələm sahibinin vətəndaşlıq mövqeyidir. Təsadüfi deyil ki, telejurnalist İsmayıl Ömərov həmin məziyyətlərinə görə 2000–2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı seçilmişdir.

Yaxşı xatırlayırıq ki, İctimai televiziya məhz dövlətin, xalqın maraqlarına uyğun olaraq, Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsini bütün dünyaya çatdırmaq üçün yeni üsul və formalardan daha peşəkarlıqla istifadə etdi. Hər gün bir neçə dəfə efirə gedən “Xəbərlər” proqramının əvvəlində torpaqlarımızın erməni işğalında qalması barədə BMT-nin məlum dörd qətnaməsinin Azərbaycan, rus və ingilis dillərində səslənməsi dünyaya effektli bir çağırış idi…

Yeri gəlmişkən, qarşılıqlı razılaşma əsasında “Azadlıq” radosunun bütün dünya ölkələrində fəaliyyət göstərən müxbirləri İctimai televiziyanın “Carçı” xəbərlər proqramına ödənişsiz informasiyalar verir, reportajlar hazırlayırdı. Bu da ilk gündən kanalın populyarlığına böyük təkan oldu. Gürcüstan, Türkiyə, Qazaxstan, Macarıstan və başqa ölkələrin kanalları ilə yaranan dostluq əlaqələri əsasında informasiya mübadiləsi edildi, telekörpülər yarandı. TRT, BBS, Eronyus və s. tanınmış Tv-lərlə ciddi iş birliyi başladı. İsmayıl Ömərov xidmətlərinə görə 2 dəfə “Türk Xalqlarına Hizmət” ödülünə layiq görülən yeganə Azərbaycan televizyonçusudur.

2009-cu ildə İsmayıl Ömərov 2-ci müddətə də İTV-nin baş direktoru vəzifəsinə seçilib və öz missiyasını layiqincə yerinə yetirib. İctimai kanalın populyarlığı Avropa Yayımlar Birliyinin diqqətindən yayınmayıb, İTV-ni öz sıralarına qəbul edib və MDB ölkələri arasında ilk dəfə olaraq özünün növbəti sessiyasının məhz Bakıda keçirilməsinə razılıq verib. Eurovision müsabiqəsindəki uğurlarımızı isə İctimai televiziyanın beynəlxalq brendi hesab edə bilərik.

İTV-də məhz İsmayıl Ömərovun rəhbərliyi ilə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev, eləcə də, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Yusifbəy Nəsibbəyli, Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə və başqaları haqqında maraqlı sənədli filmlər çəkilib.

Harada olmasından asılı olmayaraq, İsmayıl Ömərov Azərbaycanın milli dövlətçilik maraqlarını hər zaman qoruyan bir insandır. Tanınmış jurnalist 2017-ci ildə Gürcüstanın Bolnisi rayonunda xidmətlərinə və töhfələrinə görə bələdiyyə üzvlərinin səsverməsi nəticəsində yekdilliklə “Fəxri vətəndaş” seçilib.

Qarabağın azadlığı, hamımız kimi, İsmayıl Ömərovun da ən böyük arzusu idi. Və bu arzu “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” diləyi ilə hər gün İTV ekranından inadkar bir hayqırtı ilə səslənirdi. Bu gün artıq həmin əzəli yurd yerlərimiz azaddır və Qarabağımızın hər yanında üçrəngli bayrağımız dalğalanır.

Dəyərli ziyalımız buna ən çox sevinənlərdəndir.

İsmayıl Ömərova 70 yaşının zirvəsində möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!

Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist,

Müşfiq BORÇALI,
fəlsəfə doktoru

Previous Post

Təcrübəli jurnalist və media təşkilatçısı

Next Post

Almaniya əks-kəşfiyyatının keçmiş rəhbəri sağçı partiya yaratdı

Bənzər yazılar

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

22 İyul 2026 - 10:50

Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib. Bu...

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

18 İyul 2026 - 13:00

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. Elchi.az...

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

17 İyul 2026 - 18:55

Bu gün Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub....

“Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər” kitabı təqdim olundu – FOTO

“Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər” kitabı təqdim olundu – FOTO

16 İyul 2026 - 17:11

Bu gün tədqiqatçı və jurnalist, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədin "Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər" adlı kitabının təqdimat...

Next Post
Almaniya əks-kəşfiyyatının keçmiş rəhbəri sağçı partiya yaratdı

Almaniya əks-kəşfiyyatının keçmiş rəhbəri sağçı partiya yaratdı

Almaniya əks-kəşfiyyatının keçmiş rəhbəri sağçı partiya yaratdı

Almaniya əks-kəşfiyyatının keçmiş rəhbəri sağçı partiya yaratdı

Son xəbərlər

Paşinyanın referendum XOFU

Paşinyanın referendum XOFU

22 İyul 2026 - 21:58
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

22 İyul 2026 - 20:00
İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

22 İyul 2026 - 19:55
Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

22 İyul 2026 - 19:53
Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

22 İyul 2026 - 19:50
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

22 İyul 2026 - 19:43
Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

22 İyul 2026 - 19:26
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

22 İyul 2026 - 19:18
AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

22 İyul 2026 - 19:08
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

22 İyul 2026 - 19:00
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

22 İyul 2026 - 18:53
Həsən bəy Zərdabi adına Media Mükafatı təqdim olundu

Həsən bəy Zərdabi adına Media Mükafatı təqdim olundu

22 İyul 2026 - 18:42
Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı qərar qəbul edilib

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı qərar qəbul edilib

22 İyul 2026 - 18:37
COVİD-19-la bağlı tibb işçilərinin əməkhaqlarına edilən əlavənin verilməsi müddəti uzadıldı

COVİD-19-la bağlı tibb işçilərinin əməkhaqlarına edilən əlavənin verilməsi müddəti uzadıldı

22 İyul 2026 - 18:29
Almaniyada Rusiya texnologiyası ilə nüvə yanacağı istehsalına icazə verilib

Almaniyada Rusiya texnologiyası ilə nüvə yanacağı istehsalına icazə verilib

22 İyul 2026 - 18:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.