Tərtərdə mənzildən oğurluq edən şəxs saxlanılıb.
Elchi.az xəbər verir ki, şəhərin Nizami küçəsində yaşayan şəhid ailəsi Vəfa Aslanova polis şöbəsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt onun evindən naməlum şəxs pul və zinət əşyaları, bank kartı,müxtəlif sənədlər oğurlayıb.
Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon Sarıcalı kənd sakini Əhmədov Rabil Aqil oğlu tutularaq istintaqa cəlb edilib.
Oğurlanan əşyalar, pul və sənədlər tapılaraq Aslanovlar ailəsinə təhvil verilib. Faktla bağlı Tərtər rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
Qeyd edək ki, Vəfa Aslanova 44 günlük Vətən müharibəsinin şəhidi Yasən Mehtiyevin anasıdır.
Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, 3 nəfər saxlanılıb
Ölkə ərazisinə 55 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Elchi.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, Dövlət...





















Son şərhlər