Şəmkirdə mikroavtobus maneəyə çırpılıb.
Elchi.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsi yolunda qeydə alınıb.
“Qazel” markalı mikroavtobusda olan istixana işçilərindən 6 nəfər – 1995-ci il təvəllüdlü G.Səfərova, 1979-cu il təvəllüdlü K.Məmmədova, 1967-ci il təvəllüdlü D.Məmmədova, 1997-ci il təvəllüdlü E.Mayılov, 1974-cü il təvəllüdlü İ.Zeynalova və 1964-cü il təvəllüdlü T.Əliyeva xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir. Daha bir nəfər 1980-ci il təvəllüdlü E.Cəfərova isə hadisədən qorxduğu üçün həyacan keçirib. Ona da ambulator yardım göstərilib.
Məlumata görə, qəzaya nəqliyyat vasitəsinin önünə mal-qaranın çıxması səbəb olub. Nəticədə sürücü idarəetməni itirərək maşını inəklərdən birinə çırpıb.
Faktla bağlı araşdırma aparılır.
Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb
Moskva vilayətinin Serkovo kəndində antiterror təlimləri zamanı məktəbdə səs qumbarası partlayıb, nəticədə dörd pedaqoq xəsarət alıb. Elchi.az xəbər verir ki,...






















Son şərhlər