Qeyri-rəsmi mənbələrdən alınan məlumatlara əsasən, Ukrayna ordusu bir neçə ərazidə Dnepri uğurla keçib və Xerson vilayətində çayın sol sahilində bir sıra pladstarmı ələ keçirə bilib.
Elchi.az xəbər verir ki, bunu Ukrayna Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.
“Əslində bu, hücumun növbəti addımdır. Bu problemlərin həllində Xerson istiqaməti bizim üçün perspektivli idi və məhz bizim üçün çox vacib olduğuna görə Rusiya Kaxovka bəndini partlatdı. Buna görə də bir müddət cəbhənin bu sektorunda hücum mümkün deyildi. İndi şərtlər dəyişib. Yayın son ayında torpaq quruyub. Və bu təbii amillər hücum xarakterli məsələlərin həllinə kömək edir. Strateji olmasa da, operativ baxımdan bu istiqamət maraqlıdır”, – general bildirib.
İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir
İranın xarici işlər naziri Əraqçi: "Amerika xalqı İsrailin müharibələrinin xərclərini öz üzərinə götürməməlidir." Elchi.az xəbər verir ki, İranın Bəhreynlərdəki ABŞ-ın 5-ci Donanma...





















Son şərhlər