Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan İlham Şahmar oğlu Dadaşov vəfat edib.
Elchi.az xəbər verir ki, o, 48 yaşında uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, İ.Dadaşov 1975-ci ilin iyulun 5-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. O, Vətən müharibəsinin ilk günlərindən komandir vəzifəsində döyüşlərə cəlb olunub. Bir neçə rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə tabeliyində olan hərbçilərlə birlikdə iştirak edib. O, 2020-ci ilin oktyabrın əvvəlində şiddətli döyüşlərin birində travma alıb və müalicə üçün hospitala yerləşdirilib. Qısa müddət ərzində müalicəsini başa vuraraq yenidən döyüşlərə qatılıb.
İ.Dadaşov Vətən müharibəsi zamanı göstərdiyi igidliyə, şücaətə və qəhrəmanlığa, eləcə də döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və digər medallarla təltif edilib.
O, ailəli idi və iki övladı var. Allah rəhmət eləsin!
Prokuror olmaq istəyənlərin diqqətinə
Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test...





















Son şərhlər