"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Tramp vurulur: Ukrayna üçün həyəcanlı nüans…

09 İyun 2023 - 13:21
in DÜNYA
FacebookVatsap

Dünən Trampa qarşı federal səviyyədə ittihamlar irəli sürülüb. Belə hadisə ABŞ tarixində hələ olmayıb. Bir neçə ay əvvəl Nyu York Prokurorluğu Trampa maliyyə cinayətlərinə görə ittihamlar irəli sürmüşdü. İndi isə ittihamlar federal səviyyədə irəli sürülüb və Tramp 7 maddə üzrə ittiham olunacaq, o cümlədən casusluqda. Söhbət Trampın Ağ Evdən oğurladığı məxfi sənədlərdən gedir.

Bunu da oxuyun

Mask Pentaqonda işləyəcək

Tramp Cənubi Koreyanın ABŞ-da 200 milyard dollarlıq investisiya yatıracağını açıqladı

Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

Elchi.az xəbər verir ki, ittihamlar 13 iyunda məhkəmədə irəli sürüləcək.

13 iyunda Tramp həbs oluna bilərmi? Çox güman ki, həbs olunmayacaq, amma ittihamlar həqiqətən ağırdır.

Prokuror ittihamlarını son dərəcədə güclü hazırlayıb və əsaslandırıb, bu baxımdan Trampın məsuliyyətdən yayınmaq ehtimalı olduqca aşağı qiymətləndirilir. Tramp həyatının sonuna kimi həbsdə qala bilər, bu, nəinki istisna olunmur, bu ssenari son dərəcədə real görsənir.

Tramp tərəfindən Ağ Evdən məxfi sənədlərin oğurlaması məsələsində çox ilginc və dövlət üçün qırmızı xətt sayılan məqam var.

2021-ci ilin oktyabrında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əks-kəşfiyyatı dünya üzrə bütün ofislərinə “tam məxfi” dərəcəsində teleqram göndərmişdi. Teleqramda deyilirdi ki, son aylar ərzində MKİ informatorlarının ifşası, qətlləri, girov götürülməsi, ələ alma və həbs halları kəskin (söhbət böyük rəqəmdən gedir) artıb. Həmin teleqramda əks-kəşfiyyat, MKİ-nin xarici ölkələrdə yerləşən ofislərinə daha ehtiyatlı fəaliyyət göstərməyə tövsiyə edirdi.

İnformatorlara gəlincə, söhbət 4 ölkədən gedir: Rusiya, İran, Çin, Səudiyyə Ərəbistanı.

Trampın Mar-a-Laqodakı iqamətgahında axtarış zamanı MKİ-yə məxsus informatorların siyahıları üzə çıxıb. 2021-ci ilin yanvarında Tramp bu sənədləri oğurlayır, 2021-ci ilin oktyabrında isə MKİ informatorlar arasında artan kəskin qətl, ifşa və həbs halları ilə bağlı həyəcan təbili çalır.

Düşündürücüdür.

13 iyunda səsləndirilən ittihamlar və məhkəmə seçkilərə təsir edəcəkmi? Birmənalı, amma Trampın seçki kampaniyasından kənara çəkilməsi sual altındadır. Kənara çəkiləcəksə, bu onun Respublikaçılar Partiyasının daxilində rəqibi Ron DeSantis üçün hədiyyə olacaq və DeSantis rahatlıqla 2024-cü ildə prezident seçkilərində Baydenin rəqibi olacaq.

Ron DeSantis prezident seçilsə, Azərbaycan, Ukrayna və dünya üçün Trampdan daha faydalı ola biləcəkmi? Kiçik fərqlə, amma olacaq.

Məsələnin başqa tərəfi odur ki, DeSantis Bayden üçün qat-qat təhlükəli rəqibdir və bu baxımdan Tramp demokratlara daha faydalıdır.

Birmənalı olmayan maraqlı durum yaranıb.

Hər kəsin razılaşdığı və mövqeləri üst-üstə düşdüyü bir məsələ var: Ukrayna ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərinə qədər birmənalı və qeyd-şərtsiz qələbə qazanmalıdır.

Previous Post

Tramp vurulur: Ukrayna üçün həyəcanlı nüans…

Next Post

Rasim Balayev: “Utanc vəziyyətdəyik”

Bənzər yazılar

Mask Pentaqonda işləyəcək

Mask Pentaqonda işləyəcək

01 Oktyabr 2026 - 13:00

Amerikalı sahibkar İlon Mask ABŞ Müdafiə Nazirliyinin "Meridian" adlı yeni layihəsinin rəhbər heyətinə qoşulacaq. Bu layihə gələcək hərbi münaqişələrdə ABŞ-ın...

Tramp Cənubi Koreyanın ABŞ-da 200 milyard dollarlıq investisiya yatıracağını açıqladı

Tramp Cənubi Koreyanın ABŞ-da 200 milyard dollarlıq investisiya yatıracağını açıqladı

01 Oktyabr 2026 - 12:06

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın ABŞ-da 200 milyard dollarlıq yeni enerji investisiyası həyata keçirəcəyini elan etdi. Tramp bildirdi: "Keçən...

Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

01 Oktyabr 2026 - 11:46

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Endi Börnemin "ölkənin Avropa İttifaqına yenidən qoşulması mövcud variantlardan biridir" bəyanatını şərh...

Yaponiya yaşayış icazəsi rüsumlarını təxminən 20 dəfə artırıb

Yaponiya yaşayış icazəsi rüsumlarını təxminən 20 dəfə artırıb

01 Oktyabr 2026 - 11:38

Yaponiya ölkədə qalmaq istəyən əcnəbilər üçün yaşamaq icazəsi rüsumlarını təxminən iyirmi dəfə artırıb. Daimi yaşamaq icazəsinin qiyməti 200 000 yenə...

Next Post
Rasim Balayev: “Utanc vəziyyətdəyik”

Rasim Balayev: “Utanc vəziyyətdəyik”

Rasim Balayev: “Utanc vəziyyətdəyik”

Rasim Balayev: “Utanc vəziyyətdəyik”

Son xəbərlər

Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

01 Oktyabr 2026 - 13:42
Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

01 Oktyabr 2026 - 13:30
Azərbaycanda yeni agentlik yaradıldı

Azərbaycanda yeni agentlik yaradıldı

01 Oktyabr 2026 - 13:18
Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17
Azərbaycandakı ahılların SAYI

Azərbaycandakı ahılların SAYI

01 Oktyabr 2026 - 13:09
Mask Pentaqonda işləyəcək

Mask Pentaqonda işləyəcək

01 Oktyabr 2026 - 13:00
Bu tarixdən yollarda nəzarət güclənəcək

Bu tarixdən yollarda nəzarət güclənəcək

01 Oktyabr 2026 - 12:53
Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

01 Oktyabr 2026 - 12:46
Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

01 Oktyabr 2026 - 12:37
Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

01 Oktyabr 2026 - 12:28
Yığmanın düşərgəsini özbaşına tərk edən Ronaldo cəzalandırıla bilər

Yığmanın düşərgəsini özbaşına tərk edən Ronaldo cəzalandırıla bilər

01 Oktyabr 2026 - 12:16
Tramp Cənubi Koreyanın ABŞ-da 200 milyard dollarlıq investisiya yatıracağını açıqladı

Tramp Cənubi Koreyanın ABŞ-da 200 milyard dollarlıq investisiya yatıracağını açıqladı

01 Oktyabr 2026 - 12:06
FHN-in Bakı Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirdi

FHN-in Bakı Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirdi

01 Oktyabr 2026 - 11:57
Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

01 Oktyabr 2026 - 11:46
Yaponiya yaşayış icazəsi rüsumlarını təxminən 20 dəfə artırıb

Yaponiya yaşayış icazəsi rüsumlarını təxminən 20 dəfə artırıb

01 Oktyabr 2026 - 11:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.