"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Xanlar Vəliyevə, müstəntiqlərə, korpus komandirinə adi gizirlər əmr verib?” – TƏRTƏR İŞİ

24 May 2023 - 16:11
in CƏMİYYƏT
FacebookVatsap

“Tərtər işi” üzrə daha 4 nəfər – Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılov məhkəmə qarşısına çıxarılıb. Bu 4 müttəhim yüzlərlə hərbçiyə işgəncə verməkdə, onlardan bir neçəsinin ölümünə səbəb olmaqda ittiham olunurlar. Bundan əvvəlki 4 və 5 nəfərdən ibarət 2 qrupun işində olduğu kimi, bunların da işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Lakin məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Bunu da oxuyun

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Məhkəmə qarşısına çıxarılan müttəhimlərin hər biri bundan əvvəl 1 dəfə elə Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar haqqında hökm çıxarılıb, hər biri 5 il 6 ay – 6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə azadlığa buraxılıblar, 44 günlük Vətən müharibəsində iştirak ediblər.

Elchi.az Musavat.com-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərdən 30 yaşlı Ruslan Mikayılov ali hərbi təhsillidir, Tərtərdə N saylı hərbi hissədə leytenant rütbəsində xüsusi təyinatlı qrupun komandiri vəzifəsində xidmət edib. Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyev isə gizir olub.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat təzələnəndən bir neçə ay sonra – apreldə adları çəkilən 4 nəfər yenidən həbs olunub. Onlar yeni üzə çıxan hallar üzrə məsuliyyətə cəlb ediliblər. Hazırda onlara qarşı 180-dən çox zərərçəkmiş var. Onların bir qismi işgəncə nəticəsində vəfat edən şəxslərin ailə üzvləridir.

Hakim Zeynal Ağayevin sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Ruslan Mikayılov vəsatət qaldıraraq, bu işlə bağlı həqiqətlərin ictimaiyyətə və ölkə başçısına çatdırılması üçün jurnalistlərə prosesdə çəkiliş aparmağa şərait yaradılmasını istəyib: “Hüquq-mühafizə orqanları bu işi qərəzli araşdırıb. Nəticədə zərərçəkənlər o cür bədbəxt eləyiblər, bizi də bu cür. Ölkə başçısı da, ictimaiyyət də bilməlidir ki, orada kimlər olub, bizə kimlər hansı əmrləri verib. Bu işdə hansı nazirlərin, hansı generalların əli var. Ölkə ictimaiyyətində bizim haqqımızda mənfi imic formalaşıb. Xahiş edirəm, media nümayəndələri dəvət olunsun, onlara çəkiliş aparmağa imkan verilsin”.

Zərərçəkmiş qismində tanınan şəxslər də onun qaldırdığı vəsatəti müdafiə edib.

“Azərbaycan ictimaiyyəti bilməlidir ki, kimlər göstəriş verib”, – Tərtər hadisələri zamanı dövlətə xəyanət və başqa ağır ittihamlarla həbs olunub, 6 ilə yaxın həbsdə saxlandıqdan sonra dekabrda bəraət alıb azadlığa buraxılmış Müşfiq Ədmədli bildirib.

İşgəncə nəticəsində əlil olmuş Bəhruz Novruzovun anası Aygün Novruzova da vəsatəti müdafiə edib.

O bildirib ki, bu gün məhkəmə qarşısına çıxarılan şəxslər icraçılardır. Onlara əmr verən şəxslərin də mühakimə olunması vacibdir:

“Nazirlər, generallar olubsa, onlar da cəlb olunsun. Bunlar da cinayət törədiblər. Amma onlar niyə məsuliyyətdən kənarda qalmalıdır? Hamısı öz vəzifələrində oturublar bu gün də. Mənim 33 yaşında övladım isə əziyyət çəkir. Zəhmət çəkib övladımı müalicə elətdirsinlər. Mən sağlam oğul göndərmişdim. O vaxt MTN, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq – hamısı bir ağızdan deyirdi ki, casus şəbəkəsi aşkar eləmişik. İndi çıxıb cavab versinlər”.

İşgəncə nəticəsində vəfat edən Təmkin Quliyevin atası Nizami Quliyev də vurğulayıb ki, əmr verənlərin məhkəmə qarşısına çıxmasında israrlıdır:

“Mənim oğlumu öldürənlər bunlardırsa, bəs öldürtdürənlər kimlərdir? Mən bunu bilmək istəyirəm…”

Hakim Zeynal Ağayev vəsatəti təmin etməyib. O qərarla bağlı izahat verib ki, məhkəmədə media nümayəndələri iştirak edir. Jurnalistlər “Tərtər işi” üzrə digər qrupların da məhkəmə iclaslarında iştirak edərək, heç bir məhdudiyyət olmadan materiallar hazırlayır, ictimaiyyətə çatdırırlar. Lakin jurnalistlərə audio və videoyazı aparmağa icazə verilmir. Məhkəmə özü prosesin həm audio, həm də videoyazısını aparır.

Təqsirləndirilən şəxslər və onların vəkilləri istintaqın natamam, qərəzli aparılmasında da şikayətləniblər. Vəkillər işin yenidən araşdırılması üçün istintaqa qaytarılması haqda vəsatət qaldırıblar.

Elçin Əliyevin vəkili Türkel Süleymanlının sözlərinə görə, cinayət işində elə təqdim olunub ki, sanki hərbi prokuror Xanlar Vəliyevə, onun tabeliyində olan müstəntiqlərə, hərbi dəniz qüvvələrinin rəhbəri Zaur Quliyevə, korpus komandiri Hikmət Həsənova adi gizirlər əmr verib Tərtərə gətirmişdi.

“Dövlətə xəyanət ittihamıyla cinayət işi başlanmasını, bu haqda ictimaiyyətə məlumat verilməsini gizirlər göstəriş vermişdi?”, – vəkil bildirib.

Türkel Süleymanlı əlavə edib ki, bu cinayət işi obyektiv, hərtərəfli araşdırılması üçün yenidən istintaqa qaytarılmalıdır.

Zərərçəkmişlər, digər vəkillər də istintaqa qaytarılma ilə bağlı onun qaldırdığı vəsatəti müdafiə edib.

Ruslan Mikayılovun vəkili əlavə əsas kimi, istintaq dövründə öz müvəkkilinə qarşı çoxsaylı qanun pozuntularına yol verilməsini göstərib:

“İstintaqda qanunun tələbləri kobud şəkildə pozulub”.

Zərərçəkmişlərdən Nemət Məhərrəmov da istintaqdan narazılıq edib. Onun sözlərinə görə, narazılığını dilə gətirəndə qardaşıyla hədələnir:

“Bunlara əmr verən adamların adlarını onlar da çəkib, biz də çəkmişik. Hanı o adamlar? Bunların başının üstündə dayananlar lazımdır. Baş Prokurorluğa gedirik, bizi qəbul eləmirlər. Məni qardaşımla hədələyirlər”.

Sənan Maşıyevin vəkili bildirib ki, keçmiş Baş Qərargah rəisi ilə yanaşı, hazırda eyni vəzifəni daşıyan şəxsin də adı bu cinayət işində hallanır:

“Çox təəssüf ki, bu cinayət işi üzrə istintaq hərtərəfli aparılmayıb. Məsələn, zərərçəkmiş Boris Cəfərova qarşı işgəncə epizodundan məlum olur ki, nəinki keçmiş qərargah rəisi, hətta indiki qərargah rəisi Kərim Vəliyev də orada olubmuş”.

Məhkəmədə əlavə şahidlərin dindirilməsi haqda da vəsatətlər qaldırılıb. Dindirilməsi tələb olunan əlavə şahidlər əsasən vəzifəli şəxslər olub. Bunların arasında hərbi prokuror Xanlar Vəliyev və onun tabeliyində çalışan müstəntiqlər, Tərtər hərbi prokuroru və bu qurumun müstəntiqləri, 2017-ci ildə korpus komandiri olan general Hikmət Həsənov, hərbi dəniz qüvvələrinin rəhbəri Zaur Quliyev, sabiq baş qərargah rəisi Nəcməddin Sadıqov, Müdafiə Nazirliyinin Bakı və Bərdə qarnizonlarının rəisləri, mərkəzi hərbi hospitalın, eləcə də Sarıcalı hospitalının o vaxtkı rəhbərləri vardı.

Zərərçəkənlər də bu şəxslərin çağırılıb dindirilməsinin vacib olduğunu bildiriblər.

Məhkəmə əlavə şahidlərin dindirilməsi haqda vəsatətin baxılmamış saxlanmasına qərar verib. Hakim bildirib ki, bu məsələyə əsas şahidlər dindiriləndən sonra baxılacaq. İşin istintaqa qaytarılması haqda vəsatət isə təmin olunmayıb. İş məhkəmə baxışına verilib. Məhkəmə baxışı iyunun 7-nə təyin olunub.

Previous Post

“Xanlar Vəliyevə, müstəntiqlərə, korpus komandirinə adi gizirlər əmr verib?” – TƏRTƏR İŞİ

Next Post

Bu liderlər İlham Əliyevə məktub göndərdi

Bənzər yazılar

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08

Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az AZƏRTAC-a istinadən xəbər verir...

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25

Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin...

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, oktyabrın 2-3-də Bakıda...

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil “Airbus A321neo” təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı təyyarələrin...

Next Post
Bu liderlər İlham Əliyevə məktub göndərdi

Bu liderlər İlham Əliyevə məktub göndərdi

Bu liderlər İlham Əliyevə məktub göndərdi

Bu liderlər İlham Əliyevə məktub göndərdi

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.