Ukrayna, Moldova və Rumıniya Rusiyanın təbliğat və dezinformasiyasına birgə qarşı çıxmaq barədə razılığa gəlib.
Elchi.az xəbər verir ki, bu barədə üç ölkənin xarici işlər və müdafiə nazirlərinin birgə bəyanatında qeyd edilib.
Məlumatda bildirilib ki, Rusiya Ukrayna, Moldova və digər ölkələrdəki vəziyyətlə bağlı hibrid taktikalardan fəal istifadə edir:
“Öz xarici siyasətimizi və ittifaqlarımızı sərbəst seçmək, qanuni özünümüdafiə, dayanıqlığı gücləndirmək və bölgəmizdə sabitliyi, təhlükəsizliyi və firavanlığı təmin etmək hüququnu qorumaq üçün lazım olduğu qədər əməkdaşlığa davam edəcəyik”.
Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik
Kreml Fransanın nüvə başlığı daşıya bilən ballistik raket sınağını Rusiya ilə qarşıdurmaya əsaslanan və dalana dirənən bir strategiya kimi qiymətləndirib....





















Son şərhlər