Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
Elchi.az xəbər verir ki, açılış matçında “Qəbələ” “Zirə”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Hesabı 58-ci dəqiqədə “qırmızı-qaralar”dan Ramon Maçado açıb. “Qartallar” 69-cu dəqiqədə Eldar Quliyevin qolu ilə tarazlığı bərpa ediblər. Lakin cəmi 10 dəqiqə sonra fərqlənən Ruan Renato əyalət təmsilçisinə vacib qələbə qazandırıb.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 39-a çatdıran “Qəbələ” “Zirə”ni qabaqlayaraq 4-cü pilləyə yüksəlib. 38 xalı olan paytaxt klubu isə 5-ci sıraya enib.
“Turan” Çempionlar Liqasında Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq
Bu gün qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Elchi.az xəbər verir ki, Azərbaycan çempionu III...





















Son şərhlər