Rusiyanın Bryansk vilayətində çağırışçı əsgərlərdən biri 10 hərbçisi girov götürüb.
Elchi.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Samara vilayətindən olan çağırışçının avtomat və əl qumbarası ilə silahlandığı bildirilib. Həmin şəxs əl qumbarasını partladacağı ilə təhdid edib.
Məlumata görə, həmin şəxs yaxın qohumlarının Ukraynada öldürüldüyünü eşitdikdən sonra bu addımı atıb.
Polis onun olduğu mədəniyyət evinin binasını mühasirəyə alıb. Təxminən 1 saatdan sonra aparılan danışıqlar nəticəsində girovlar azad edilib.
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb
Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...






















Son şərhlər