"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Azərbaycanda 8 orqan istintaq aparır” – Deputat məhkəmə-hüquq sistemini tənqid etdi

07 Mart 2023 - 12:09
in MANŞET, SİYASƏT
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Ombudsmanın fəaliyyəti ilə bu nöqsanları aradan qaldırmaq mümkünsüzdür”

Bunu da oxuyun

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

“Ombudsmanın illik məruzəsi ilə yaxından tanış olmuşam. Bu tanışlıq əminliklə deməyə əsas verir ki, ölkəmizdə hüquq və azadlıqların qorunması, vəzifəli şəxslər tərəfindən qanunlara ciddi əməl olunması ilə bağlı böyük və hər birimizi narahat edən çatışmazlıqlar var”.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib. Millət vəkli əlavə edib ki, bunun üçün ölkədə ciddi məhkəmə-hüquq islahatlarının aparılmasına ehtiyac duyulur: “Yəni ombudsmanın fəaiyyəti ilə bu nöqsanları aradan qaldırmaq mümkünsüzdür. Ombudsman Səbinə Əliyeva qeyd elədi ki, müəyyən qanunvericilik aktlarına dəyişikliklər etmək lazımdır. Açıq danışmaq lazımdır ki, Milli Məclis problemlərin həll olunduğu yer deyil. Burada, əsasən problemlər səsləndirilir. Ona görə də ombudsman daha yaxşı olardı ki, mərkəzi icra hakimiyyəti orqanları ilə işləsin və onlardan gələn qanunları, ombudsmanı əmin edirəm ki, biz burada təsdiq edib geri qaytaracağıq. Məni narahat edən məsələ məhkəmə-hüquq islahatlarının dərinləşdirilməməsi ilə bağlıdır. Baxmayaraq ki, cənab Prezident bununla bağlı xüsusi fərman imzalayıb. Amma o islahataların mahiyyəti onunla yekunlaşdı ki, iqtisadi məhkəmənin adı dəyişdirildi, kommersiya məhkəməsi adlandı. Bununla da sanki məhkəmə-hüquq islahatları başa çatdı. Məhkəmə-hüquq islahatları kadr islahatları ilə başlanmalı idi”.
Millət vəkili əlavə edib ki, ədliyyə sisteminə yeni nəfəs verilməlidir: “Biz vaxtilə “Məhkəmə ekspertizası haqqında” qanun qəbul elədik. Özəl məhkəmə ekspertlərinin yaradılmasına yaşıl işıq yandırdıq. Amma bu günə qədər bu istiqamətdə heç bir ciddi addım atılmayıb. Dəfələrlə parlamentdə məsələ qaldırmışam ki, Azərbaycanda ibtidai həbs müddəti təqribən 1 il 9 aydır. Bu olduqca böyük bir zamandır. Əgər kifayət qədər əsaslar yoxdursa, şəxs niyə həbs olunur? O zaman subutlar toplanmalıdır. Yox əgər kifayət qədər sübutlar toplanıbsa, onda şəxs həbs olunandan sonra istintaq niyə bu qədər davam edir? Ona görə də mən düşünürəm ki, bu istiqamətdə fundamental dəyişikliklər edilməlidir. Azərbaycanda istintaq aparan 8 istintaq orqanı var. Hər orqan özünə istintaq idarəsi yaradıb. Yəni bundan sonra elə təəssürat yaranır ki, Azərbaycanda az qala elə bir nazirlik, xidmət yoxdur ki, özünün istintaq orqanı olmasın. Yəni vahid dövlət istintaq komitəsi yaradılmalıdır”.
Millət vəkili həmçinin bildirib ki, bundan başqa məhkəmə süründürməçiliyi ilə bağlı məsələlərə nəhayət ki, son qoyulmalıdır: “Xatırlayırsınızsa mən ombudsmanın ötən hesabatı zamanı Gəncədə inzibati məhkəmə ilə bağlı bir məsələ qaldırmışdım ki, Rusiyada fəaliyyət göstərən bir sahibkar Gəncədə özünə bir restoran tikib, amma onun çıxarışını ala bilmir. Çıxarış məsələsi nədir ki, məhkəmədə o bir il iki ay süründürülür. Məhkəmə hər iki aydan bir işi heç bir əsas göstərilmədən təxirə salınır. Bu günlərdə mən Azərtac-ın müxbiri Aygün Əliyeva ilı bağlı da bir məsələ qaldırmışdım. 2020-ci ilin oktyabrından bu şəxs işə bərpa ilə bağlı məhkəməyə müraciət edib. 2 ildən artıq vaxt keçməsinə baxmayaraq məsələ bu günə qədər öz həllini tapmayıb. Sadə bir məsələdir, yəni çoxepizodlu bir məsələ deyil. Ona görə də məhkəmə süründürməçiliyinin qarşısı alınmalıdır. Bu istiqamətdə qanunvericiliyə ciddi dəyişikliklər edilməlidir. Andlı iclasçılar institutu Azərbaycanda bərpa olunmalıdır. Vaxtilə bu bizim qanunvericiliyə daxil edilmişdi. Məhkəmələr çalışırlar ki, daha çox qanuna əsaslanan qərarlar qəbul etsinlər. Baxmayaraq ki, konstitusiyada yazılıb ki, ilk növbədə qərarlar hökmlər, qətnamələr ədalətli olmalıdır. Ədalətli və qanuna əsaslanan qərarlar. Bunu yalnız andlı iclasçılar institutu həyata keçirə bilər. Mən hesab edirəm ki, insan hüquq və azadlıqları ilə bağlı ombusmanın görə biləcəyi iş azdır. Önun üçün güclü məhkəmə hakimiyyəti yaradılmalıdır. Biz də əsas diqqətimizi bu sahəyə yönəltməliyik”.

Previous Post

“Azərbaycanda 8 orqan istintaq aparır” – Deputat məhkəmə-hüquq sistemini tənqid etdi

Next Post

Nurlana Əliyeva 6 ay müddətinə həbs edilə bilər

Bənzər yazılar

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

27 İyul 2026 - 19:55

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı iki ölkə arasındakı iqtisadi münasibətlərdəki problemləri müzakirə...

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52

Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib. Elchi.az xəbər verir ki, bu barədə Əmək...

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

27 İyul 2026 - 19:44

"Premium Food Baku" MMC tərəfindən Çindən idxal olunan, "Yantai Yuji Foodstuff Co." müəssisəsinin istehsalı olan ümumi çəkisi iki ton təşkil...

Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

27 İyul 2026 - 17:10

ABŞ lideri Donald Trampla planlaşdırılan görüşü zamanı "gündəlikdəki bütün məsələləri, ilk növbədə isə İranı" müzakirə etmək niyyətindədir. Elchi.az xəbər verir...

Next Post
Nurlana Əliyeva 6 ay müddətinə həbs edilə bilər

Nurlana Əliyeva 6 ay müddətinə həbs edilə bilər

Nurlana Əliyeva 6 ay müddətinə həbs edilə bilər

Nurlana Əliyeva 6 ay müddətinə həbs edilə bilər

Son xəbərlər

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

27 İyul 2026 - 23:01
“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

27 İyul 2026 - 22:55
Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

27 İyul 2026 - 22:53
Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

27 İyul 2026 - 21:24
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

27 İyul 2026 - 21:14
Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

27 İyul 2026 - 21:06
Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

27 İyul 2026 - 21:01
Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

27 İyul 2026 - 19:59
Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

27 İyul 2026 - 19:55
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52
Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

27 İyul 2026 - 19:44
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

27 İyul 2026 - 19:30
Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

Cəlilabad sakini Masallıda bədbəxt hadisə nəticəsində ölüb

27 İyul 2026 - 19:20
“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

27 İyul 2026 - 19:15
“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

27 İyul 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.