Azərbaycan öz Silahlı Qüvvələrinin potensialını artırmağa davam edir. Bakı şəxsi heyətin hazırlanması və NATO istehsalı olan silah, eləcə də texnikanın tədarükü ilə Türkiyə standartlarına keçir.
Elchi.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorov deyib.
O bildirib ki, bu amil həm də “Cənubi Qafqaz regionunda potensial münaqişələrin gərginləşməsinə” səbəb olur:
“Münaqişənin gərginləşməsi ilk növbədə ayrı-ayrı dövlətlər arasında ərazi məsələlərinin həll edilməməsi ilə bağlıdır. Rusiya bu regionda sabitləşdirici rol oynayır. Eyni zamanda, Vaşinqton və Brüssel Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, münaqişədən sonrakı nizamlanma ilə bağlı öz baxışlarını irəli sürərək, təhlükəsizlik modeli formatını tətbiq etməyə çalışır”.
Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub
Regionun dirçəldilməsi işğalın ekoloji fəsadlarının aradan qaldırılmasını da əhatə edir. Elchi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 6-cı Azərbaycan...

















Son şərhlər