Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətovun nəşi ailəsinə təhvil verilib.
Elchi.az xəbər verir ki, mərhumun cənazəsi ailəsinin yaşadığı Tovuz rayon Aşağı Quşçu kəndinə gətirilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.
Vida mərasimindən sonra şəhid Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Zöhrab Məmməd oğlu Hümbətov şəhid olub. Onun 3 övladı yadigar qalıb.
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu...





















Son şərhlər