Rusiya və Qazaxıstan liderləri Vladimir Putin və Qasım-Jomart Tokayev Kremldə keçirilən görüş zamanı Özbəkistanın iştirakı ilə qaz birliyinin yaradılmasını müzakirə ediblər.
Elchi.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.
“Söhbət Qazaxıstan və Özbəkistan əraziləri vasitəsilə Rusiya qazının nəqlində addımları əlaqələndirmək üçün “üçtərəfli qaz birliyi”nin yaradılmasından gedir”, – o bildirib.
Jeldibayın sözlərinə görə, Putin və Tokayev bütün tərəflərin maraqlarını nəzərə almaqla, rasional həll yolu üçün ekspertlərin iştirakı ilə üçtərəfli məsləhətləşmələrin aparılması ilə bağlı razılığa gəliblər.
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az xəbər verir ki, bu barədə...





















Son şərhlər