“Türkiyə silahlı qüvvələrinin Suriya və İraqın şimalında apardığı hərbi əməliyyatlar heç kəsi narahat etməməlidir”.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri qeyd edib ki, Ankara hərbi əməliyyatlara görə, heç kimin qarşısında cavabdeh deyil.
“Türkiyə əvvəllər olduğu kimi, cənub sərhədlərində 30 kilometr dərinlikdə təhlükəsizlik zonası yaratmaq üçün əzmlə çalışır. Vətənimizin və xalqımızın təhlükəsizliyinə təsir edəcək addımlar atır və biz keçirdiyimiz hərbi əməliyyatlara görə heç kimə cavabdeh olmayacağıq”.
Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında terrorçuların hücumlarına da münasibət bildirib:
“Türkiyənin təhlükəsizliyin və sülhün möhkəmləndirilməsinə yönəlmiş hərbi əməliyyatları heç kəsi narahat etməməlidir. Heç kim ölkəmizi boş hədələrlə siyasi, diplomatik, iqtisadi və hərbi sahədə maraqlarına zidd mövqe tutmağa məcbur edə bilməz. Türkiyənin ədalət, həmrəylik və diplomatik təşəbbüslərə əsaslanan, dostluq və əməkdaşlıq prinsiplərinə uyğun siyasətindən heç kim narahat olmasın”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Xatırladaq ki, noyabrın 20-dən etibarən Türkiyə Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının Suriya qanadına qarşı hava əməliyyatı keçirir. Türkiyə Prezidenti əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının olacağını da istisna etməyib.
Yeganə