Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 068,7 manat təşkil edib.
Bu barədə Elchi.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,3 % artıb.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3 % artaraq 829 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.
“Səssiz tələ” sənədli filmi təqdim olunub
"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları:...





















Son şərhlər