Ukrayna həlak olmuş daha 38 hərbçinin meyitini Rusiyadan geri qaytarıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi “Telegram”da məlumat yayıb.
“Ukrayna uğrunda canlarından keçmiş hərbçilərin meyitləri təhvil verilib. Bu gün 38 müdafiəçinin meyitini yaxınlarına qaytarmaq mümkün olub”, – məlumatda deyilir.
Əməliyyat itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenkonun və Ukraynanın hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilib.
Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib
Türkiyənin Van şəhərində 4,3 maqnitudalı zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi...





















Son şərhlər