Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Elchi.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov Tvitterdə yazıb.
Telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh səylərinin perspektivləri haqqında müzakirə aparıblar.
“Mən ölkəmin regionumuzda sülh və sabitliyə nail olmaqla bağlı sadiqliyini və tam hazır olduğunu bir daha bəyan etdim”, – deyə Bayramov bildirib.
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib
Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...





















Son şərhlər