İsmayıllı rayonunun İvanovka kəndinə gedən asfalt yolda 1958-ci il təvəllüdlü Fazil Firudin oğlu Abdullayev idarə etdiyi “Kia Sorrento” markalı avtomobillə yaşadığı Soltan kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
Elchi.az Report-a istinadən xəbər verir ki, avtomobil yolun kənarına çıxaraq aşağı yuvarlanıb.
Nəticədə avtomobildə olan həyat yoldaşı 1961-ci il təvəllüdlü Fatma Xasay qızı Abdullayeva hadisə yerində ölüb, qızı Mətanət Abdullayeva, qohumu Ələkbərova Nübar müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb
"Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb". Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...





















Son şərhlər