İsrail hökuməti Rusiya ilə münasibətlərdə “qırmızı xətt”i keçməyəcək və Ukraynaya silah tədarükünə başlamayacaq.
Elchi.az xəbər verir ki, bunu İsrailin Kiyevdəki səfiri Mixail Brodski deyib.
Onun sözlərinə görə, İsrail dövlətinin heç bir rəhbərliyi belə bir addımın məsuliyyətini üzərinə götürməyəcək.
“Biz NATO-nun üzvü deyilik. Ukraynaya ən çox hərbi yardım göstərən ölkələr NATO üzvü və onun himayəsində olanlardır. İsrail qonşu dövlətlərin təcavüzünə qarşı təkbaşına dayanır, təkbaşına terrorla mübarizə aparır. Yaxın Şərqdə baş verən bütün müharibələrdə İsrail təkbaşına digər ölkələrin köməyi olmadan qalib gəldi”, – Brodski bildirib.
Səfir qeyd edib ki, Rusiya Yaxın Şərqə mühüm rol oynayır. İsraillə Rusiya arasında çoxplanlı əlaqələr mövcuddur.
Kremldən Hindistanın Ukrayna ilə bağlı təklifinə CAVAB
Rusiya Hindistanın Ukrayna münaqişəsinin həllində marağına görə minnətdardır və Moskva böhranın həllinə töhfə vermək cəhdlərini alqışlayır. Elchi.az xəbər verir ki,...





















Son şərhlər