"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Ermənistanla faktiki müharibə vəziyyətindəyik”

19 Oktyabr 2022 - 10:40
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Merz Trampla danışıqdan imtina edib

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

Qüdrət Həsənquliyev: “Rəsmən müharibə elan olunmaması faktiki vəziyyəti dəyişmir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq cəbhəsi”nə müsahibə verib.

Elchi.az müsahibəni təqdim edir:

  • Qüdrət bəy, “Milli Şura” Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısına piket təyin edib. Hazırda belə bir etiraz aksiyasının keçirilməsi nə qədər məqsədəuyğundur?
  • Piketi təşkil edənlər aksiyanın keçirilməsini məqsədəuyğun hesab edirsə Konstitusiyanın 49-cu maddəsinə əsasən bu barədə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə piket düzəldə bilərlər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin IV və V bəndlərində toplantının hansı hallarda qadağan oluna bilməsi qeyd olunur. Həmin normaları olduğu kimi təqdim edirəm. 4-cü maddə – “Bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirlərinin keçirilməsi zərurəti ilə əlaqədar mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərin ərəfəsində və onların keçirildiyi günlərdə həmin tədbirlərin keçirildiyi şəhər və rayonların ərazilərində siyasi məqsədlə toplantıların keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qadağan edilə bilər”.

5-ci maddə – “Toplantı demokratik cəmiyyətdə zəruri olan hallarda və bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə qadağan edilə bilər”.

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 3-cü bəndində deyilir ki, yalnız müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan hüquq və azadlıqları qismən və müvəqqəti məhdudlaşdırıla bilər. 71-ci maddənin 6-ci hissəsində düzünə göstəriş var ki, “bu Konstitusiyanın insan hüquq və azadlıqları ilə bağlı tələbləri birbaşa hüquqi qüvvəyə malikdir”.

Ona görə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 4-cü və 5-ci bəndləri Konstitusiya ilə ziddiyyət təşkil etdiyindən tətbiq oluna bilməz.

Məhz bu səbəbdən Bakı şəhər İcra Hakimiyyəti deyə bilməz ki, mən məqsədəuyğun hesab etmədiyim üçün piket düzəltməyi qadağan edirəm. Toplantının keçirilməsinin məqsədəuyğunluğunu onu təşkil edənlər müəyyən edir.

Azərbaycanda dövlət idarəetməsində savadlı hüquqşünaslara böyük ehtiyac var. Yeri gəlmişkən, onu da qeyd edim ki, bizdə cəmiyyətin sosial inkişaf indeksi, ictimai-siyasi münasibətlər sistemi yüksək Qərb standartlarına cavab verməsə də Konstitusiya və Qanunlar qəbul olunanda çalışırıq ki, bizdə də hüquq normaları Qərbdəki kimi olsun və biz də “qəşəng” qanunlarımızın olması ilə öyünək. Sonradan isə Konstitusiyaya zidd qanunlar qəbul edirik, Konstitusiyanın tələblərinin yerinə yetirilməsində problemlər yaranır və vətəndaşların qanunun aliliyinə, hüququn üstünlüyünə inamı sarsılır. Ona görə də cəmiyyət üçün hamı tərəfindən əməl olunan “pis” qanunlar icra olunmayan yaxşı qanunlardan daha faydalıdır. Çünki ən azından vətəndaşlara qanunların aliliyinə hörmət ruhu aşılayır.

  • Yaranmış vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
  • Düşünürəm mövcud reallıqlara uyğun yeni konstitusiya qəbul olunmalı və o zamanla, cəmiyyətin inkişafına uyğun olaraq təkmilləşdirilməlidir.

Hazırda iqtidarın təhlükəsizliklə bağlı narahatlığı varsa, sərbəst toplaşma azadlığı ölkəmizin müharibə vəziyyətində olmasına görə məhdudlaşdırıla bilər. Kimsə deyə bilər ki, Ermənistanla atəşkəs elan olunub. Amma biz görürük ki, az qala hər gün sərhəddə atışma olur, Ermənistan çalışır dünyaya göstərsin ki, münaqişə bitməyib. Biz, sülh sazişi imzalanmayana qədər Ermənistanla faktiki müharibə vəziyyətindəyik. Rəsmən müharibə elan olunmaması faktiki vəziyyəti dəyişmir. Bu gün Rusiya və Ukrayna arasında gedən müharibə də rəsmən elan olunmayıb.

Sizin birinci sualınıza qayıtsaq, mən də hazırda kütləvi etiraz aksiyalarının keçirilməsini məqsədəuyğun saymıram. Konstitusiyanın 24-cü maddəsinin 3-cü hissəsində qeyd olunur ki, “hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir”.

  • Bəs piketin məhz indi elan olunmasında məqsəd nədir?
  • Açıqdan-açığa hiss olunur ki, hazırda bu cür piketlərin elan olunması təxribat xarakterlidir və Azərbaycan dövlətinə təzyiq məqsədilə xaricdən sifariş olunur. Qanuna görə piketlərdə maksimum 50 nəfər iştirak edə bilər. Amma biz nəyi müşahidə edirik, təşkilatçılar hər dəfə əhaliyə çağırış edirlər ki, piket keçirilən yerə gəlin və kənardan piketə dəstək verin. Tutaq ki, onların çağırışı ilə ora 10 min adam gəldi, təhlükəsizlik isə 50 nəfərə görə təmin edilib və orada ictimai qayda pozulsa və kütləvi iğtişaşlar baş versə,insanların həyatı təhlükə altına düşərsə, onların sağlamlığına, mülkiyyətinə zərər vurularsa buna görə kim məsuliyyət daşıyacaq? Hələ mən dövlətin təhlükəsizliyini demirəm. Əslində təşkilatçılar xahiş etməlidirlər ki, piketdə iştiraka adlı dəvət almayan şəxslər piket keçirilən əraziyə gəlməsin. Baxın, iqtidarı qanunları pozmaqda ittiham edən, qanunların aliliyi uğrunda mübarizə apardıqlarını bəyan edən bu adamlara necə inanmaq olar. Hesab edirəm müvafiq dövlət orqanları bu məqama xüsusi diqqət yetirməlidirlər.

İndi elektron informasiya vasitələri ilə etirazı daha geniş kütlələrə çatdırmaq mümkündür. Görün, sərhədlərimizdə İran hansı təxribatlarla məşğuldur, Rusiyada nələr baş verir, Qərbin ermənipərəst dairələri dövlətimizə hansı təzyiqləri edir, bunlar isə ölkə daxilində təxribatlara yol aça biləcək hərəkətlərdən çəkinmirlər. Bütün gücləri ilə sülh danışıqlarında Azərbaycanın mövqelərini zəiflətməyə çalışırlar. Gah deyirlər Ermənistanın torpaqlarını işğal etmişik, gah Rusiyanın bölgəni qarışdırmaq oyunlarında iştirak etdiyimizi bəyan edirlər, indi isə Azərbaycanda insan hüquqlarının pozulduğunu nümayiş etdirmək istəyirlər.

Amma əminəm ki, belə həssas məqamda xalqımız keçən dəfə olduğu və özlərinin də etiraf etdiyi kimi onların çağırışlarına yenə də əhəmiyyət verməyəcək, müvafiq dövlət orqanları isə ölkədə sabitliyin pozulmasına yönələn istənilən təxribatın qarşısını alacaq.

Previous Post

“Ermənistanla faktiki müharibə vəziyyətindəyik”

Next Post

Mərkəzi Bankdan əhaliyə xəbərdarlıq

Bənzər yazılar

Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38

Almaniya kansleri Fridrix Merz çərşənbə gününə planlaşdırılan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığını keçirməkdən imtina edib. Elchi.az xəbər verir...

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

09 Sentyabr 2026 - 16:00

"Qərb elitaları reallıqdan qopublar və qulyabanılar kimi öz ölkələrinin hesabına yaşayırlar". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər...

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

09 Sentyabr 2026 - 14:00

ABŞ Dövlət katibi Mark Rubio Kubada mümkün böhranla bağlı iddiaları rədd edərək, ada ölkəsində pisləşən vəziyyətə görə iqtisadi blokada tətbiq...

Çox isti içkilər xərçəng riskini artıra bilər

Çox isti içkilər xərçəng riskini artıra bilər

09 Sentyabr 2026 - 10:44

Çox yüksək temperaturda isti çay və qəhvə kimi içkilərin müntəzəm olaraq qəbul edilməsi qida borusu xərçəngi riskini artırır. Mütəxəssislər içkinin...

Next Post
Mərkəzi Bankda bu komitələr birləşdirildi

Mərkəzi Bankdan əhaliyə xəbərdarlıq

Mərkəzi Bankda bu komitələr birləşdirildi

Mərkəzi Bankdan əhaliyə xəbərdarlıq

Son xəbərlər

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

10 Sentyabr 2026 - 15:53
Azərbaycanda ölmüş heyvanların utilizasiyası üzrə müəssisələr yaradıla bilər

Azərbaycanda ölmüş heyvanların utilizasiyası üzrə müəssisələr yaradıla bilər

10 Sentyabr 2026 - 15:44
Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək

Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək

10 Sentyabr 2026 - 15:30
Prezident Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişini təsdiq edib

Prezident Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişini təsdiq edib

10 Sentyabr 2026 - 15:16
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

10 Sentyabr 2026 - 15:08
Aİ liderləri Kaya Kallasın gələcəyini müzakirə edəcəklər

Aİ liderləri Kaya Kallasın gələcəyini müzakirə edəcəklər

10 Sentyabr 2026 - 15:00
Ermənistan mallarına yeni güzəştlər olacaq

Ermənistan mallarına yeni güzəştlər olacaq

10 Sentyabr 2026 - 14:51
2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlandı

2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlandı

10 Sentyabr 2026 - 14:30
Hakimləri təhqir edən Emil Binyətzadə cəzalandırıldı

Hakimləri təhqir edən Emil Binyətzadə cəzalandırıldı

10 Sentyabr 2026 - 14:16
“Venesuela nefti ABŞ-ı 500 il təmin etməyə kifayət edir” – Tramp

“Venesuela nefti ABŞ-ı 500 il təmin etməyə kifayət edir” – Tramp

10 Sentyabr 2026 - 14:00
Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

10 Sentyabr 2026 - 13:45
Qroznı–Bakı reysləri bərpa olunmayacaq – RƏSMİ

Qroznı–Bakı reysləri bərpa olunmayacaq – RƏSMİ

10 Sentyabr 2026 - 13:30
Sürücülərə çağırış: “Sizi evdə gözləyənlər var”

Sürücülərə çağırış: “Sizi evdə gözləyənlər var”

10 Sentyabr 2026 - 13:14
“Tramp yatmaqdan imtina edir” – Bessent

“Tramp yatmaqdan imtina edir” – Bessent

10 Sentyabr 2026 - 13:00
“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edilib

“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edilib

10 Sentyabr 2026 - 12:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.