"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident Böyük Britaniyanın yeni səfirini qəbul etdi

10 Oktyabr 2022 - 14:34
in SİYASƏT
FacebookVatsap

11:12

Bunu da oxuyun

Merts Ukraynaya elan olunmamış səfər edib

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edib.

Elchi.az xəbər verir ki, etimadnaməsini dövlət başçısına təqdim edən səfir Fergus Auld Azərbaycan dilində deyib:

– Hörmətli cənab Prezident, sabahınız xeyir, etimadnaməmi Sizə təqdim etməkdən çox məmnunam.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

– Cənab səfir, sabahınız xeyir. Əvvəlcə, Azərbaycan dilini öyrəndiyinizə görə sizə təşəkkür edirəm. Bizim artıq görüşmək imkanımız olub və mən gördüm ki, siz, demək olar, Azərbaycan dilində səlis danışırsınız. Bu, olduqca gözlənilməz oldu, ancaq, eyni zamanda, bu, sizin bizim mədəniyyətimizə və dilimizə ehtiramınızı nümayiş etdirir. Bilirəm ki, səfir təyin edilməmişdən əvvəl siz bir neçə həftə Azərbaycanın bölgələrindən birində yaşamısınız. Bu, sizin yeni vəzifəyə təyin edilməyinizlə əlaqədar nümayiş etdirdiyiniz yüksək məsuliyyətin daha bir göstəricisidir.

Əminəm ki, ölkəmizdə olduğunuz müddətdə siz Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edəcəksiniz və əməkdaşlığımızın gələcək inkişafına əhəmiyyətli töhfə verəcəksiniz, o cümlədən bizim ənənəvi əməkdaşlıq sahələrinə daxil olmayan, potensial tərəfdaşlığın yeni sahələrində.

Çünki əməkdaşlığımızın əsas və ənənəvi sahələrində artıq ciddi irəliləyiş və böyük nailiyyətlər var. Mən təkcə Azərbaycan üçün deyil, daha geniş region üçün bu gün heç zaman olmadığı qədər mühüm olan enerji sahəsini nəzərdə tuturam.

Hesab edirəm ki, biz artıq enerjidən başqa sahələrə nəzər salmalıyıq – ticarət, qarşılıqlı ticarətin artırılması, turizm və insanlar arasında təmaslar. Düşünürəm ki, təhsil sahəsində əməkdaşlığın yaxşı nəticələri var. Bildiyiniz kimi, bir çox azərbaycanlı Böyük Britaniyada təhsil alıb və almaqda davam edir. Lakin, bu əməkdaşlığın dinamikaya və müəyyən çərçivəyə ehtiyacı var. Ümumilikdə, biz tərəfdaşlığımızın səviyyəsindən olduqca məmnunuq. Uzun illər ərzində Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və bir sıra sahələrdə sıx əməkdaşlıq mövcuddur.

Böyük Britaniya Azərbaycana ən çox sərmayə qoymuş ölkə və strateji tərəfdaşdır. Buraya ənənəvi sahələr daxildir, ancaq əminəm ki, artıq yenilənən enerji növlərinə də sərmayə qoyulacaq. Siz bilirsiniz ki, biz bu vacib istiqamətdə addım atmağa yaxınıq. Siz Azərbaycanda fəaliyyətinizə tamamilə fərqli mühitdə başlayırsınız. Çünki Qarabağ münaqişəsi başa çatdıqdan sonra regionda vəziyyət tamamilə dəyişib. Biz hesab edirik ki, bu, müsbət dinamikadan bəhrələnmək və regionumuzda davamlı sülhün bərqərar edilməsi üçün fürsətdir.

Bizim mövqeyimiz çox aydındır. Biz bunu vurğulamışıq və ictimai şəkildə bir neçə vacib təkliflər irəli sürmüşük ki, onlar davamlı sülh, sabitlik, təhlükəsizlik və normal qonşuluq münasibətlərinə gətirib çıxara bilər. Biz bu istiqamətdə Böyük Britaniya Hökumətinin dəstəyinə ümid edirik. Bizə məlumdur ki, ölkənizin də regionla bağlı gündəliyi eynidir – sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq. Əminəm ki, qarşıdan gələn illərdə biz sizinlə, buradakı heyətinizlə və hökumət rəsmilərinizlə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinin sürətləndirilməsi istiqamətində əməkdaşlıq edəcəyik. Yəni, gündəliyimiz olduqca genişdir.

Mədəniyyətimizə böyük ehtiramın nümunəsinə görə bir daha təşəkkür edirəm. Sizə fəaliyyətinizdə uğurlar diləyirəm. Cənab səfir, xoş gəlmisiniz.

Görüşdə Azərbaycan dilində çıxış edən səfir Fergus Auld dedi:

– Hörmətli cənab Prezident.

Əlahəzrət Kraliça II Elizabetin vəfatından sonra Azərbaycan xalqı adından başsağlığı vermək üçün səfirliyimizi ziyarət etdiyinizə görə Böyük Britaniya adından bir daha Sizə minnətdarlığımızı bildirmək istərdim.

Bu gün Gəncə şəhərinin məruz qaldığı dəhşətli raket hücumunun ikinci ildönümüdür. Həmin faciəli gündə həlak olanların ailələrinə başsağlığı vermək istərdim. Həmçinin iki il əvvəlki müharibədə və döyüşlər başa çatdıqdan sonra toqquşmalarda və mina partlayışları nəticəsində həyatını itirənlərin də yaxınlarına başsağlığımı çatdırmaq istərdim. Böyük Britaniya regionda sülhün mümkün qədər tez əldə olunmasını arzulayır.

Hörmətli cənab Prezident, Britaniya səfirliyində görüşərkən Sizə dediyim kimi, mən ilk dəfə Azərbaycana Azərbaycan dili tələbəsi kimi gəlmişəm. Altı həftə ərzində Gəncə şəhərində yerli bir ailə ilə yaşadım, onların yeməklərini yedim və həyatlarını paylaşdım. Sizin mənə söylədiyiniz kimi, bu öyrənmə Sizin mədəniyyətinizə dərin hörmətimi və böyük ölkənizi anlamaq istəyimi göstərdi. Xoş qarşılanmağım və xalqınızın qonaqpərvərliyi məni valeh etdi. Çox şadam ki, Azərbaycana səfir və dost kimi qayıdıram. Mən ümid edirəm ki, təzə bardağın suyu sərin olar.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Siz danışdıqca öz-özümə düşündüm, görün nə qədər yol qət etmişik ki, Britaniya səfiri azərbaycanca danışır, Azərbaycan Prezidenti isə ingiliscə danışır və bir-birimizi anlayırıq.

Previous Post

Prezident Böyük Britaniyanın yeni səfirini qəbul etdi

Next Post

Belarus da müharibəyə qoşulur?

Bənzər yazılar

Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11

Almaniya Kansleri Fridrix Merts elan olunmamış səfərlə Kiyevə gedib. Elchi.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında...

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb. Elchi.az xəbər verir ki,...

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,...

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,...

Next Post
Belarus da müharibəyə qoşulur?

Belarus da müharibəyə qoşulur?

Belarus da müharibəyə qoşulur?

Belarus da müharibəyə qoşulur?

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.