Gürcüstan Azərbaycan və Ermənistana sülh dialoqu üçün öz platformasını təklif edir.
Elchi.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib.
“Tiflis danışıqlardan konkret nəticələr əldə etmək, regionumuzda sülh və sabitliyin bərqərar olması üçün qonşularımızın sakit və dinc dialoq apara biləcəyi yer olmağa hazırdır”, – o bildirib.
Nazirin sözlərinə görə, tərəflərin görüşü istənilən vaxt və istənilən yerdə ilkin şərt olmadan keçirilə bilər.
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb....





















Son şərhlər