"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Millət vəkili Azay Quliyev satqın və xainlərdən yazdı

16 Sentyabr 2022 - 23:57
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Milli Məclisin deputatı Azay Quliyevin son günlər dövlətimizin siyasətinə kölgə salmağa çalışan satqın və xainlər barədə fikirlərini bölüşüb.

Bunu da oxuyun

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

Elchi.az həmin fikirləri təqdim edir:

“Dövlətimizə və ordumuza dil uzadan siyasətbazlara və milli xainlərə cavabım

Hamıya gün kimi aydındır ki, avqustun 31-də Brüsseldə sülh sazişinin hazırlanması istiqamətində əldə olunan razılaşmanı pozmaq üçün Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə barışı və sülhü istəməyən xarici qüvvələrin təhriki ilə ölkəmizə qarşı sentyabrın 12 və 13-də hərbi təcavüz etdi.

Lakin, Ermənistan və onun havadarlarının alçaqcasına hazırladıqları hərbi təxribat onların özlərinə qarşı yönəldi, Azərbaycan ordusu nəinki bu təcavüzün qarşısını qətiyyətlə aldı, eyni zamanda, düşmənin çox sayda hərbi texnikasını və canlı qüvvəsini darmadağın edərək onu növbəti dəfə rəzil vəziyyətə saldı.

Təəssüf ki, Azrbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmansacına həlak olan Şəhidlərimiz də oldu.

Allah bütün Qəhrəman Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!
Şəhidlərmizin əziz ruhu qarşısında baş əyir, xalqımıza, onların ailə üzvlərinə və yaxınlarına Allahdan səbr diləyirəm!

Qəhrəman Qazilərimizə Allahdan şəfa diləyir və onların tezliklə sağalmalarını arzulayıram!

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzün və hərbi təxribatın arxasında duran məkrli planın məqsədi nə idi? Niyə Brüssel görüşündən sonra sülh naminə Azərbaycanın xoş niyyət və siyasi jest nümayiş etdirərək cinayət törətmiş 5 erməni hərbiçisini azad etməsi və bununla, münasibətlərin normallaşması istiqmətində konkret addım atmasına baxmayaraq, Paşinyan hökuməti belə bir cinayətə və hərbi təxribata əl atdı? Bunlar hamını düşündürən suallardır və mən növbəti yazımda bu məsələlər ətrafında mülahizələrimi bölüşəcəm.

Ancaq, indi son günlər Şəhidlərimizin acısı və agrısı ilə yaşadığımız və dünya erməniliyinin bütün gücü ilə üzərimizə gəldiyi bir vaxtda Azərbaycan dövlətinə və ordusuna qarşı düşmənlə vahid cəbhədə birləşən Əli Kərimli, Arif Hacılı, Altay Göyüşov, Qubad İbadoğlu, Tofiq Yaqublu kimi siyasətbazların və milli nadanların sosial şəbəkə və onlayn mediada tirajladığı ikrah doğuran yazılarının bəzilərinə münasibət bildirmək istərdim.

Azərbaycanın milli maraqlarına hər zaman xəyanət edən, şəxsi maraqları və cılız siyasi ambisiyaları naminə istənilən şər qüvvə ilə əməkdaşlıq etməyə hazır olan Əli Kərimli bu gün yaydığı açıqlamada Ermənistanın hərbi təcavüzünə açıq şəkildə bəraət qazandıran və düşmənin törətdiyi təxribata görə Azərbaycanı hədəfə alan suallar verir: “Heç bir zərurət olmadan Aprel döyüşlərində olduğuna yaxın itki verdik. Yenə də say – seçmə oğullar, zabitlər, gizirlər, kamandolar, əsgərlər şəhid oldu. Nəyin naminə? Nəyə nail olduq? Sərhəddəki döyüşlərin səbəbi, məqsədi nədir? Biz haqlıyıqsa, nəyə görə BMT Təhlükəsizlik Şurasında bizi qınayıblar? Bu vəziyyət ölkəmizin diplomatik məğlubiyyəti deyilmi? Nəyə görə haqlı ikən haqsız duruma düşdük? Yenicə ağır yaralanıb qazi olmuş igidlərimizdəmi bir müddətdən sonra digər 42 qazimiz kimi özünü öldürmə həddinə çatdırılacaq?”

Adam nə qədər alçaq və xain olmalıdır ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olan qəhrəmanlarımızın ruhuna hörmətsizlik edərək Onların nəyin naminə vuruşduqlarını söyləyə? Görün, Əli Kərimli Azərbaycan xalqına və ordusuna nə qədər nifrət edir ki, Şəhidlərimizin şücaətini və vətən uğrunda tökdüyü qanı heçə sayır, erməni təcavüzünün qarşısını alan əsgər və zabitlərimizin nəyin naminə şəhid olduqlarını sorğu-sual edir? Bu sualı xalqımızın düşmənindən başqa kim verə bilər? Ermənilər üçün bundan yaxşı anti-Azərbaycan tezisi ola bilərmi?

Əli Kərimli sual edir, nəyə nail olduq?

Cavab: Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və Milli Ordumuzun qəhrəmanlığı və yüksək döyüş qabiliyyəti sayəsində torpaqlarımıza soxulan Ermənistan ordusunun növbəti dəfə “Dəmir Yumruqla” başını əzdik, ölkəmizin ətazi bütövlüyünə və suverenliyinə qarşı hazırlanan məkrli planın və təxribatın qarşısını aldıq. Ermənistanın Azərbaycanla sərhəddə – Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu və milli təhlükəsizliyimizə təhdid olan bütün hərbi təyinatlı obyektlərini bir daha təhlükə yarada bilməyəcək şəkildə darmadağın etdik, həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemi, çox mühüm yüksəkliklər nəzarətə götürdük. Düşmənin xeyli sayda hərbi texnikası, hər zaman öyündyü və milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postunu məhv etdik.

Nəhayət, Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını, yaxın və uzaq havadarlarının Ermənistanı xilas edə bilməyəcəyini bir daha göstərdik. Bununla da, ordumuz həm də onu sübut etdi ki, Ermənistan heç vaxt hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.

Bundan başqa, Əli Kərimli özünün çirkin məqsədləri üçün yenə də ictimai rəyi çaşdırmağa çalışaraq deyir ki, “biz haqlıyıqsa, nəyə görə BMT Təhlükəsizlik Şurasında bizi qınayıblar? Bu vəziyyət ölkəmizin diplomatik məğlubiyyəti deyilmi?”

Bu adama başa salmaq lazımdır ki, Azərbaycana dost olan çoxsaylı ölkələrlə yanaşı, Fransa kimi erməni yanlısı olan ölkələr də var. BMT TŞ-da keçirilən müzakirələrdə isə düşmən Ermənistandan başqa heç kim Azərbaycanı qınamayıb, adamlarınıza qucaq açaraq ölkəmizə qarşı istifadə edən Fransa isə həmişəki kimi Ermənistanı müdafiə edib.

Düşmən dəyirmanına su tökən Altay Göyüşov isə daha da irəliyə gedərək Azərbaycanı Ermənistana qarşı təcavüz etməkdə ittiham edib. Bu, məxluqa nə deyəsən? Adam söz tapmır deməyə. Sentyabr təxribatında Ermənistanın açıq təcavüzünə məruz qalan və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə edən Azərbaycana təcavüzkar deməyə necə diliniz gəldi, Altay Göyüşov? Kim sizi belə rəzil vəziyyətə saldı? Heç vaxt ağlıma gəlməzdi ki, özünü azərbaycanlı və ya heç olmasa vicdanlı adam hesab edən kimsə öz dövlətinə və xalqına qarşı bu qədər acımasız olsun, öz ölkəsinə iftira ataraq və ona xəyanət etsin. Azərbaycana qarşı alçaqcasına atdığı bu iftirdan sonra Ermənistanın ölkəmizə qarşı gücləndirdiyi təbliğaq maşınınn qəhrəmanına çevrilən Altay kimi namərdlərə yazıqlar olsun!

Arif Hacılı da eyni qəflətə qapılaraq Azərbaycanın keçirdiyi uğurlu əməliyyata və bundan sonra Ermənistan tərəfindən təhlükə yarada biləcək bütün legitim hərbi hədəfələri məhv edən Azərbaycan ordusuna istehza ilə yanaşması, “bu yüksəkliklər bizm nəyimizə lazımdır” deməsi, özünü siyasətçi hesab edən bir adam üçün “siyasi intihara” bərabərdir.

Görünür, bu adamların hamısına ordumuzu ləkələmək, Ermənistanın hərbi təcavüzünə layiqli cavab verdiyinə görə Azərbaycanı qınamaq, Şəhidlrəimizin qanı üzərindən manipulyasiya edərək ölkədə süni narazılıq və çaxnaşma yaratmaq, Vətən müharibəsindən sonra sementləşmiş iqtidar və xalq birliyini sarsıtmaq kimi eyni mərkəzdən idarə olunan sifarişlər daxil olub və bu “teatr”da hər kəsə bir rol verilib.

Əlbəttə, Əli Kərimli və onun drijorluq etdiyi bu kimi adamlar nə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəsini, nə cari ilin avqustun əvvəlində keçirdiyi “qısas əməliyyatı” nəticəsində Laçının və ətraf kəndlərin azad edilməsi ilə bağlı Ermənistanın 2020-ci ilin 10 noyabrında götürdüyü öhdəliyinin yerinə yetirməsinə məcbur etməsini, nə də sentyabrda düşmənin darmadağın edilərək rəzil vəziyyətə düşməsini qəbul edə bilmirlər, hörmətli Prezidentimiz cənab İlham Əliyevin xalqımızın son 200 illik tarixində məruz qaldığı olaraq torpaq itkiləri silsiləsinin ilk dəfə qarşısını alması və əksinə, torpaqlarımızı işğaldan azad edərək adını tarixə qızıl həriflərlə yazdırmasını özlərinin siyasi mövcudluqları üçün təhlükə hesab edirlər. Bu səbəbdən də xalqımıza, ordumuza və Şəhidlərimizn ruhuna əl uzadırlar, tarixi qələbələrimizi gözdən salmaq, daxili və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün hər cür alçaqlığa və rəzilliyə əl atırlar. Tarixi qələbəmizdə açar rolu oynayan milli həmrəyliyimizi, döyüş ruhumuzu və dövlət-xalq birliyimizi zədələməyə çalışırlar.

Ancaq, bu zavallılar anlamırlar ki, erməni işğalı nəticəsində milli ləyaqəti tapdanan xalqımız Vətən müharibəsindəki tarixi qələbədən sonra qalib millət olaraq yenidən doğuldu, torpağını azad etmək üçün qəhrəmanlar yetişdirən və vətən yolunda Şəhid edən xalq hər zaman güclü dövlətinə, şanlı ordusuna və Müzəffər Ali Baş Komandınına sahib çıxacaq və sizi kimi yad və anti-milli ünsürlərdən daim qoruyacaq!”.

Azay Quliyev

Millət vəkili

Previous Post

Millət vəkili Azay Quliyev satqın və xainlərdən yazdı

Next Post

Meymunçiçəyi Çinə çatdı

Bənzər yazılar

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14

Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan...

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

14 Sentyabr 2026 - 16:00

"Fars körfəzində artan qeyri-sabitlik fonunda qlobal neft bazarlarında vəziyyət sürətlə pisləşir". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

“Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər” – Qüdrət Həsənquliyev

“Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər” – Qüdrət Həsənquliyev

14 Sentyabr 2026 - 15:01

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

Next Post
Meymunçiçəyi Çinə çatdı

Meymunçiçəyi Çinə çatdı

Meymunçiçəyi Çinə çatdı

Meymunçiçəyi Çinə çatdı

Son xəbərlər

Azərbaycan Prezidenti: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir

Azərbaycan Prezidenti: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir

15 Sentyabr 2026 - 16:32
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib

Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib

15 Sentyabr 2026 - 16:30
Çin ölkəyə giriş və çıxış qaydalarını sərtləşdirib

Çin ölkəyə giriş və çıxış qaydalarını sərtləşdirib

15 Sentyabr 2026 - 16:26
Azərbaycan metanol ixracından qazancını cüzi artırıb

Azərbaycan metanol ixracından qazancını cüzi artırıb

15 Sentyabr 2026 - 16:19
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı

“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı

15 Sentyabr 2026 - 16:13
Yardımlının İcra başçısı vəzifəsindən azad edilib

Yardımlının İcra başçısı vəzifəsindən azad edilib

15 Sentyabr 2026 - 16:09
Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 33 dərəcə isti olacaq

15 Sentyabr 2026 - 12:29
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

15 Sentyabr 2026 - 12:27
CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

15 Sentyabr 2026 - 12:16
Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

15 Sentyabr 2026 - 12:10
AMB: Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

AMB: Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

15 Sentyabr 2026 - 12:01
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

15 Sentyabr 2026 - 11:54
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

15 Sentyabr 2026 - 11:45
Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib

Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib

15 Sentyabr 2026 - 11:38
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı

Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı

15 Sentyabr 2026 - 11:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.