Dünyada ən güclü silahlar həm Türkiyə, həm də İsraildə hazırlanır. Türkiyə, İsrail və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq prioritet istiqamətlərimizdəndir.
Elchi.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və “Securex Caspian” sərgilərinin açılış mərasimində müdafiə sənayesi naziri Mədət Quliyev jurnalistlərə müsahibəsində söyləyib.
“Bu gün Azərbaycan Türkiyə ilə birlikdə elə silahların üzərində çalışır ki, onların istifadəsi 10-20 ildən sonra nəzərdə tutulur. Hazırda genişmiqyaslı addımlar atılır ki, mən hansısa konkret bir silah növündən danışa bilmərəm. Çünki şirkətlər çoxdur, biz onlarla bir yerdə işləyirik. Burada 200-dən çox şirkət iştirak edir”, – deyə nazir qeyd edib.
YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...





















Son şərhlər