“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.
Elchi.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda İdarə Heyətinin yeni tərkibi təsdiqlənib.
Bunadək klubun icraçı direktoru olan İlqar Nadiri sədr, Vasif Qafarov sədr müavini seçilib. Müşfiq Cəfərov, Həmid Nəsirov, Zəfər Məmmədov İdarə Heyətinin üzvləri olublar.
Yığıncaqda əsas komandanın nəticələri müzakirə olunub. Tərlan Əhmədov komandanın yeni baş məşqçisi təyin edilib.
İclasda klubun hüquqi ünvanının dəyişdirilməsi haqqında qərar verilib və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, iclasda Gəncə futbolunun kuratoru İsgəndər Cavadov da iştirak edib.
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
Özbəkistan millisinin baş məşqçisi, italiyalı mütəxəssis Fabio Kannavaro Asiya Kubokunun təxirə salınması səbəbindən vəzifəsini tərk edə bilər. Elchi.az xəbər verir...




















Son şərhlər