"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ərdoğanın sülh modeli: Türkiyənin təhlükəli ssenarilərə qarşı hazırlığı

23 Avqust 2022 - 10:43
in SİYASƏT
FacebookVatsap

“Türkiyə Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri Moskva ilə Kiyev arasında əlaqələri diqqətlə tarazlaşdırsa da, tərəfləri özünün təqdim etdiyi sülh modelinə razı sala bilmir”.

Bunu da oxuyun

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

Elchi.az-ın məlumatına görə, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov Feysbuk hesabında qeyd edib.

O, vurğulayıb ki, Türkiyənin balanslaşdırma aktını üç meyarla ölçmək lazımdır:

“Ukraynanın məğlub olmasının qarşısını almaq;

Qərblə həmrəylik nümayiş etdirmək, lakin Rusiya ilə münaqişədən qaçmaq;

Özünün qlobal teatrdakı hərbi-siyasi və geosiyasi çəkisini artırmaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Lvova səfər edərək ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməsi Ankaranın formulunun kəşfiyyat xarakterli qiymətləndirilməsinə hesablanmışdı, hərçənd ki, Kiyev öz şərtləri ilə israrlı davranır.

Rusiya-Ukrayna münaqişəsinin uzanması yaraların metastaz verərək başqa regionlara sirayət etməsi və Türkiyənin qanlı-qadalı proseslərə cəlb edilməsi risklərini çoxaltdığından Ərdoğan üçün sülh mütləqdir.

Lakin Moskva ilə Kiyevin baxışlarındakı kəskin ziddiyyət Türkiyənin sülh modelini dərin geosiyasi tıxacda saxlayır və Ankara qarşısında daha diqqətli manevrlər tələbi qoyur.

Türkiyənin önündə maneələr qoyan Qərbdir, hərçənd ki, NATO özü Ankaranın sülh təşəbbüslərini də dəstəkləyir, amma bu dəstəyin sərhədləri limitlidir.

Ona görə ki, Türkiyə Qərbin mürəkkəb və gərgin əlaqələr yaşadığı Rusiya ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirir və hərbi-texniki əməkdaşlıq haqqındakı təsəvvürlərini genişləndirir”.

Analitikin sözlərinə görə, Qərbdə Türkiyəyə qarşı ən kəskin mövqedə duran böyük güclər ABŞ və Fransadır, məhz bu iki ölkənin patronajlığı altında anti-Türkiyə əhvali-ruhiyyəsi tüğyan edir, nəticədə isə Ankaranın Moskva-Kiyev münasibətlərinin nizamlanması yönündəki sülhməramlı imicinə zərbə vurmaq cəhdləri müşahidə edilir:

“Ancaq hesab etmək yanlış olar ki, Qərb təpədən-dırnağa qədər Türkiyənin əleyhinədir, çünki nə qədər mübahisəli məqamlar olsa da, Ankara ilə birləşdirici tellər də mövcuddur.

Bu bağlantıya enerji gətirən amillər sırasında Türkiyənin qaz tədarükündəki rolu da var, Ankara həm Azərbaycandan (Cənub Qaz Dəhlizi), həm də Rusiyadan (“Türk axını”) Avropaya qaz çatdırılmasında mühüm rola yiyələnib.

İstənilən halda, Türkiyənin mövqeyi konstruktiv kriteriyalara, ərazi bütövlüyünə, suverenliyə hörmət prinsiplərinə əsaslanır, buna görə də qarşısında sədlər olsa da, təşəbbüslərini diplomatik aktivlərə çevirə bilir.

Türkiyənin incə tarazlığını qoruması onun Rusiyanın imperiya maraqlarının müdafiəçisi rolunda olması kimi dəyərləndirilə bilməz, Ankaranın indi dayandığı mövqe situativ şəraitin diktəsindən irəli gəlir.

Ərdoğan müxtəlif sahələr üzrə Ukraynaya dəstək göstərir, çünki başa düşür ki, Rusiyanın müharibədə udması Türkiyənin Qara dənizdəki mövqelərinə təhlükə yarada bilər.

Ancaq Rusiyanın da müharibədə qalib gəlmək ssenarisi riskinə qarşı özünü sığortalamaq məcburiyyətindədir.

Ona görə də Türkiyə Rusiya ilə münasibətlərin ruhunu incitmir və bu minvalla Ukraynaya da həlledici dəstək verir. Bu, konkret bir ölkəyə və ya onun liderinin xüsusiyyətlərinə vurğunluğun təzahürü yox, məhz prinsiplərin müdafiəsidir.

Ankara tonunu dəyişməyəcək, elə həssas balansla özünün xarici siyasətinə davam edəcək və Ukrayna münaqişəsi kontekstində Qərblə Rusiya arasında tərəf seçmək meylindən çəkinəcək. Ankaranı bundan fərqli mövqeyə məcbur edəcək dinamika yoxdur, olsa belə, onun öz dəst-xəttindən qopması baş tutmayacaq”.

A.Kərimov qeyd edib ki,Ərdoğan Zelenski ilə görüşdən hələlik əliboş qayıtmış kimi görünür, lakin o, sülh təşəbbüslərindən əl çəkməyəcək:

“Türkiyənin uzunmüddətli məqsədi özünü Ukraynadakı müharibənin yekununa hazırlamaqdır. Yəqin ki, Ərdoğan hakimiyyətində bununla bağlı müxtəlif ssenarilər üzrə strateji tezislər mövcuddur”.

Previous Post

Ərdoğanın sülh modeli: Türkiyənin təhlükəli ssenarilərə qarşı hazırlığı

Next Post

Ərdoğan Bəşər Əsədlə görüşə bilər – Putin vasitəçi olmaq istəyir

Bənzər yazılar

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb. Elchi.az "Tasnim"ə istinadən xəbər...

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10

İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb. Elchi.az IRIB-yə istinadən xəbər verir...

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20

"Suverenlik, konstitusiya, kimlik, azadlıq və demokratiya kimi anlayışlar xüsusilə öz suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan ölkələr üçün xüsusi...

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07

"Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib". Elchi.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Konstitusiya Günü münasibətilə Bakıda...

Next Post
Ərdoğan Bəşər Əsədlə görüşə bilər – Putin vasitəçi olmaq istəyir

Ərdoğan Bəşər Əsədlə görüşə bilər - Putin vasitəçi olmaq istəyir

Ərdoğan Bəşər Əsədlə görüşə bilər – Putin vasitəçi olmaq istəyir

Ərdoğan Bəşər Əsədlə görüşə bilər - Putin vasitəçi olmaq istəyir

Son xəbərlər

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

29 Sentyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.