Rusiyada meşə yanğınları davam edir.
Rusiyanın 26 regionunda yanğınla mübarizə davam etdirilir, 105 min 810 hektar sahədə 92 yanğın mənbəyi qalmaqdadır.
Müəssisənin mütəxəssisləri yanğınların, ilk növbədə, insan faktoru ilə bağlı olduğunu qeyd edirlər.
Ryazan vilayətində də meşə yanğınları davam edir. Vilayətə səfər edən Moskva meri Sergey Sobyanin vəziyyətin son dərəcə mürəkkəb olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Ryazanda alovla mübarizəyə 8 mindən çox adam cəlb olunub.
Qeyd edək ki, Ryazan vilayəti ilə Moskva arasında məsafə 200 kilometr artıq olsa da, meşə yanğınlarından əmələ gələn tüstü və yanıq qoxusu Rusiya paytaxtında da hiss olunur.
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər
Küveytin xarici işlər naziri şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçiriblər. Elchi.az Küveyt...





















Son şərhlər