Rusiyada meşə yanğınları davam edir.
Rusiyanın 26 regionunda yanğınla mübarizə davam etdirilir, 105 min 810 hektar sahədə 92 yanğın mənbəyi qalmaqdadır.
Müəssisənin mütəxəssisləri yanğınların, ilk növbədə, insan faktoru ilə bağlı olduğunu qeyd edirlər.
Ryazan vilayətində də meşə yanğınları davam edir. Vilayətə səfər edən Moskva meri Sergey Sobyanin vəziyyətin son dərəcə mürəkkəb olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Ryazanda alovla mübarizəyə 8 mindən çox adam cəlb olunub.
Qeyd edək ki, Ryazan vilayəti ilə Moskva arasında məsafə 200 kilometr artıq olsa da, meşə yanğınlarından əmələ gələn tüstü və yanıq qoxusu Rusiya paytaxtında da hiss olunur.
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
Moskvanın Basmannı məhkəməsi Rusiya müdafiə nazirinin eks müavini Timur İvanovun tabeliyində olmuş Anton Filatov barəsində həbs qətimkan tədbiri seçib. Elchi.az ...