Rusiya Tayvanda silahlı münaqişə baş verəcəyi halda Çinə hərbi yardım etməyə hazırdır.
Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.
“Mən Çinə yardım etməkdən imtina etməyimiz üçün heç bir səbəb görmürəm, lakin istərdim ki, Çinlə bu istiqamətdə tərəfdaşlığımız qarşılıqlı olsun, yəni biz də bu əməkdaşlıqdan müəyyən fayda əldə edək. Başa düşürük ki, bəzən hansısa kiçik münaqişələr böyük müharibəyə çevrilə bilir. Hesab edirəm Çin bu məsələdə çox ehtiyatlı və təmkinlidir. Buna baxmayaraq, o öz müdafiə potensialını da sürətlə artırmağa davam edir”, – o bildirib.
Cabarovun sözlərinə görə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çin anlayıb ki, gələcəkdə Rusiya ilə yaxınlaşmalıdır.
Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib
Professor Orsini: Ukraynanın Belarusa qarşı təcavüzü Zelenskinin sonu olacaq. Elchi.az xəbər verir ki, Ukraynanın Belarusa qarşı təcavüzü Prezident Volodimir Zelenski üçün pis...





















Son şərhlər