Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən sıradan çıxıb.
25 yaşlı hücumçu evdə “İstra 1961”-i 4:1 hesabı ilə məğlub etdikləri ölkə çempionatının III tur matçından sonra əvvəlki zədəsini yeniləyib.
Belində ağrılar hiss edən forvard Bolqarıstanda “Lüdoqorets”lə oynanılacaq UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşünü buraxacaq. Onun yaşıl meydanlardan hansı müddətə kənarda qalacağı müayinələrdən sonra bəlli olacaq.
“Ludoqorets” – “Dinamo” oyunu avqustun 2-də gerçəkləşəcək.
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
Biz hər bir rəqibi çox detallı şəkildə analiz edirik, onların güclü və zəif tərəflərini öyrənirik. Azərbaycan millisinə qarşı da yaxşı...






















Son şərhlər