Azərbaycanda səfərdə olan Türkiyənin Ailə və sosial xidmətlər naziri Derya Yanıkın rəhbərliyi ilə nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.
Ziyarət çərçivəsində Heydər Əliyevin abidəsi önünə gül qoyulub, daha sonra qonaqlar “Əbədi məşəl” abidəsi və Türk Şəhidliyini ziyarət ediblər. Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı da iştirak edib.
Qeyd edək ki, Türkiyənin Ailə və sosial xidmətlər naziri Derya Yanıkın rəhbərliyi ilə nümayəndə heyəti iyulun 19-21-də Azərbaycanda rəsmi səfərdə olacaq. Səfr çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüş nəzərdə tutulub.
Görüşdə əməkdaşlıq istiqamətləri, birgə layihələr müzakirə ediləcək.
Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb
"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....





















Son şərhlər