"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

07 Mart 2022 - 11:48
in MANŞET
FacebookVatsap

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Bunu da oxuyun

Rutte NATO-nun zəifliyini etiraf etdi

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

Elchi.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik doğma dilimizin əsrlərin sınağından alnıaçıq çıxaraq bu gün də bütün gözəlliyi və zənginliyi ilə yaşamasında onun əməyi misilsizdir.

Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar. Onlar adlarını uca tutduqları maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirmiş, müsəlman Şərqində qadınlar arasında mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqlarını əməli surətdə sübuta yetirmişlər.

Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur.

Mən torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı yetirirəm.

Əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir”.

Previous Post

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

Next Post

Bir qrup qadın “Tərəqqi” medalı ilə təltif olunub – SİYAHI

Bənzər yazılar

Rutte NATO-nun zəifliyini etiraf etdi

Rutte NATO-nun zəifliyini etiraf etdi

25 Sentyabr 2026 - 14:00

"NATO-nun Avropadakı üzv ölkələri ABŞ-ın iştirakı olmadan Yaxın Şərqdə hərbi əməliyyatlar apara bilmirlər və buna görə də Vaşinqtonun rəhbərliyinə ehtiyac...

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi Zəfərin qalibi və...

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

24 Sentyabr 2026 - 18:14

NATO müttəfiqləri, o cümlədən ABŞ, münaqişənin tənzimlənəcəyi təqdirdə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır. Elchi.az xəbər verir ki, bu barədə alyansın...

Mertsin partiya qərargahına hücum edilib

Mertsin partiya qərargahına hücum edilib

24 Sentyabr 2026 - 15:00

Naməlum şəxslər Hessen əyalətinin Offenbax-am-Mayn şəhərində Xristian Demokratik İttifaqının (CDU) qərargahına daş atıblar. Elchi.az xəbər verir ki, bu barədə DPA...

Next Post
Ağdam üzrə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam ləğv edilib

Bir qrup qadın “Tərəqqi” medalı ilə təltif olunub - SİYAHI

Ağdam üzrə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam ləğv edilib

Bir qrup qadın “Tərəqqi” medalı ilə təltif olunub - SİYAHI

Son xəbərlər

Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

25 Sentyabr 2026 - 15:08
Netanyahu Qəzza və İrandakı müharibələri barbarlara qarşı döyüş adlandırdı

Netanyahu Qəzza və İrandakı müharibələri barbarlara qarşı döyüş adlandırdı

25 Sentyabr 2026 - 15:00
Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO – YENİLƏNİB

Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO – YENİLƏNİB

25 Sentyabr 2026 - 14:52
Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

25 Sentyabr 2026 - 14:43
Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

25 Sentyabr 2026 - 14:30
Formula 2-nin birinci əsas yarışı başladı

Formula 2-nin birinci əsas yarışı başladı

25 Sentyabr 2026 - 14:14
Rutte NATO-nun zəifliyini etiraf etdi

Rutte NATO-nun zəifliyini etiraf etdi

25 Sentyabr 2026 - 14:00
Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

25 Sentyabr 2026 - 13:51
Azərbaycanda koronavirusa yoluxanlar varmı? – Nazirlik cavab verdi

Azərbaycanda koronavirusa yoluxanlar varmı? – Nazirlik cavab verdi

25 Sentyabr 2026 - 13:42
İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

Payız bir də gəlməyəcək – ELEGİYA

25 Sentyabr 2026 - 13:25
İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

25 Sentyabr 2026 - 13:00
İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

25 Sentyabr 2026 - 12:52
Formula 1-in üçüncü sərbəst yürüş başlayıb

Formula 1-in üçüncü sərbəst yürüş başlayıb

25 Sentyabr 2026 - 12:47
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25 Sentyabr 2026 - 12:38
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Sabahın hava proqnozu açıqlanıb

25 Sentyabr 2026 - 12:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.