"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Bakıda Holokost qurbanlarının xatirəsi yad edilib – FOTO

27 Yanvar 2022 - 14:43
in SİYASƏT
FacebookVatsap

ADA Universitetində Holokost qurbanlarının xatirəsinin yad edilməsi ilə bağlı beynəlxalq günə həsr olunmuş “İnsanlığı qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə” mövzusunda konfrans keçirilib.

Bunu da oxuyun

XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür

Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib

İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Elchi.az-ın xəbərinə görə, konfransda ictimaiyyət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, xarici təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri iştirak edib.

Konfransın açılışında ADA-nın prorektoru Fariz İsmayılzadə çıxış edib. O, Holokost qurbanlarının qlobal səviyyədə keçirilən anım mərasimləri ilə xatırlandığını deyib.

Sonra çıxış edən BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladanka Andreeva bildirib ki, XXI əsrdə belə hallar yaşanmamalıdır.

“Biz bu gün 6 milyon yəhudi kişi, qadın və uşağın ağlagəlməz şəkildə öldürülməsini anırıq. XX əsrdə biz bu soyqırımı və faciəni yaşamışıq, XXI əsrdə belə hallar yaşanmamalıdır. Lakin biz çox təəssüf ki, ksenofobiya, antisemitizmin, müsəlmanlara qaşı nifrətin artmasını müşahidə edirik. Bu humanizmə, dəyərlərə, BMT-nin nizamnaməsinə zidd bir haldır”, – V. Andreeva deyib.

O qeyd edib ki, yanvarın 20-də BMT Holokostla bağlı qətnamə qəbul edib: “Ölkələr Holokostun inkarı və təhrifi ilə bağlı halların artmasından narahatlıqları ifadə ediblər. Qurbanların xatirəsinə biganə yanaşma, bizim belə faciələrlə gələcəkdə də üzləşmə ehtimalımızı artıracaq. Bu insanların xatirəsini yaşatmaq bizim əbədi borcumuzdur. Biz Holokostu dərindən öyrənməliyik ki, gənclik bunu əbədi xatırlasın”.

BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri mədəniyyətlərarası dialoqa, multikulturalizmə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib: “Mən Azərbaycanın bu fəaliyyətini təqdir edirəm. Azərbaycan bu məsələ ilə bağlı qlobal forumlara ev sahibliyi edib. Biz bu istiqamətdə səylərimizi davam etdirməliyik”.

İsrailin Azərbaycandakı səfiri Corc Dik isə qeyd edib ki, insanlar bu soyqırımı xatırlamalı, öyrənməlidir: “Təəssüf ki, bu gün bəzi ölkələrdə nifrət siyasəti inkişaf edir, lakin yəhudi xalqının yaşadığı soyqırımı bu siyasətin nəyə gətirib çıxardığını açıq şəkildə göstərib. Bu gün biz təkcə Holokost qurbanlarını deyil, nasizmin qurbanı olmuş digər etnik qrupları, siyasi fikirlərinə görə nasistlər tərəfindən təqib olunmuş insanları, həmçinin nasizmə qarşı mübarizədə həlak olmuş 300 min azərbaycanlını yad edir, anırıq. Mən bu mübarizələri üçün onlara öz təşəkkürümü ifadə edirəm. Biz tarixi dəyişə bilmərik, amma tarixi yadda saxlayaraq gələcəyi dəyişə bilərik”.

Konfransda Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema çıxış edib. Xanım səfir çıxışında Anna Frankın – yəhudi qızın yaşadığı faciə barəsində danışıb. O bildirib, Anna Frankın yazdığı gündəlik bu gün Azərbaycan dili daxil olmaqla 70-dən çox dilə tərcümə olunub. Diplomat hər kəsin bu kitabı oxumalı olduğunu vurğulayıb.

Konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev çıxış edib. O, Cənubi Qafqazda da etnik təmizləmə siyasətinin aparıldığını, bunun ötən əsrin 1990-cı illərində Ermənistanın Azərbaycana qarşı apardığını deyib. O bildirib ki, Ermənistan faşist Qaragen Nijdenin qəhrəmanlaşdırıb, ona heykəllər qoyub. Qaragen Nijdeni ermənilərin üstün xalq olması barədə 1930-cu illərdə yazdığı əsəri geniş təbliğ olunur. F.Şəfiyev deyib ki, Azərbaycan Nijdenin qəhrəmanlaşdırılması ilə bağlı etirazlar qaldıranda onun iradları qəbul edilməyib.

Konfransda Holokost soyqırımından xilas olmuş Lev Şvartz çıxış edib. O, yaşadığı faciə barədə danışıb. L.Şvartz bildirib ki, o, Ukraynanın Odessa şəhərində kiçik bir qəsəbədə yaşayıb: “Əgər İkinci Dünya müharibəsindən əvvəl bu şəhərdə 3 min yəhudi yaşayırdısa, müharibədən sonra sayları 250 nəfərə enib”.

Holokost soyqırımından xilas olan L.Şvarts qeyd edib ki, yəhudilər yalnız düşərgələrdə qırılmayıb, yaşadıqları şəhərlərdə də öldürülüblər.

Daha sonra konfrans BMTM-nin aparıcı məsləhətçisi İlahə Çıraqova, Milli Məclisin üzvü Asim Mollazadə və “Gender Hub Azerbaijan”ın həmtəsisçisi Məryəm Məcidovanın iştirakı ilə panel müzakirələri ilə davam edib.

Konfransda İsrail səfirliyi “Xatırlamanın keşikçiləri” təşəbbüsünü təqdim edib. Bu təşəbbüs Holokost soyqırımından xilas olmuş Lev Şvartzın hekayəsinin xatırlanmasını təbliğ edəcək.

"İnsanlığı qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə" mövzusunda konfrans

Previous Post

Bakıda Holokost qurbanlarının xatirəsi yad edilib – FOTO

Next Post

Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb – YENİLƏNİB

Bənzər yazılar

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür

06 İyun 2026 - 16:45

Xarici İşlər Nazirliyi Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti barədə məlumat yayıb. XİN-dən Elchi.az-a verilən məlumatda...

Gəmilər vuruldu, 5 azərbaycanlı öldü – Rəsmi açıqlama

Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib

06 İyun 2026 - 15:32

İyunun 5-də İspaniya Krallığının paytaxtı Madrid şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq...

İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

06 İyun 2026 - 11:47

Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, İsveç...

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

06 İyun 2026 - 10:50

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveç Krallığını milli bayramı münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial...

Next Post
Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb – YENİLƏNİB

Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb - YENİLƏNİB

Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb – YENİLƏNİB

Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb - YENİLƏNİB

Son xəbərlər

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

06 İyun 2026 - 19:55
NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

06 İyun 2026 - 19:24
Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

06 İyun 2026 - 18:20
Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

06 İyun 2026 - 18:07
Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

06 İyun 2026 - 17:51
Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

06 İyun 2026 - 17:36
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

06 İyun 2026 - 17:19
Hava ilə bağlı xəbərdarlıq: Yağış yağacaq

Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır – FAKTİKİ HAVA

06 İyun 2026 - 17:00
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür

06 İyun 2026 - 16:45
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

06 İyun 2026 - 16:22
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

06 İyun 2026 - 16:08
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü – Rəsmi açıqlama

Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib

06 İyun 2026 - 15:32
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

06 İyun 2026 - 15:17
Binədə mağazada yanğın baş verdi – Video

Binədə mağazada yanğın baş verdi – Video

06 İyun 2026 - 14:30
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

06 İyun 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.