"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Nazir: “Yaxın zamanlarda ilk məcburi köçkün ailələrinin öz evlərinə geri dönüşünün şahidi olacağıq”

22 Yanvar 2022 - 15:04
in SİYASƏT
FacebookVatsap

22 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov Azərbaycan və Malayziya arasında əlaqələrin inkişafından məmnunluqla bəhs edib və dost Malayziya ilə mövcud olan siyasi dialoqun tərəfimizdən yüksək qiymətləndirildiyini bildirib. Nazir, Malayziyanın həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvilərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi birmənalı dəstəyi minnətdarlıqla vurğulayıb. Xüsusilə, 44 günlük müharibə dövründə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə Malayziyanın dəstəyinin tərəfimizdən yüksək dəyərləndirildiyi qeyd edilib.
Nazir müavini Kamarudin Caffar Azərbaycana səfəri çərçivəsində Milli Məclisin sədrinin müavini, habelə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və xarici siyasət məsələləri şöbəsinin müdiri ilə keçirilmiş ikitərəfli görüşlərdən məmnunluqla bəhs edib. O, iki ölkə arasında son 30 ilə yaxın bir müddətdə əlaqələrin çox yaxşı inkişaf etdiyini söyləyib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün konkret sahələr üzrə birgə fəaliyyətin irəli aparılmasının vacib olduğunu qeyd edib.
Tərəflər iki ölkə arasında iqtisadi, ticarət, enerji, o cümlədən alternativ enerji mənbələri, habelə humanitar, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, 44 günlük müharibə nəticəsində imzalanmış birgə bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə üzləşdiyimiz mina təhdidi və bu təhlükə ilə aparılan mübarizə barədə danışıb. Nazir, həmçinin həmsöhbətinə münaqişədən sonrakı bərpa və quruculuq işləri, azad olunmuş ərazilərdə sürətlə davam edən infrastruktur layihələri barədə məlumat verib və yaxın zamanlarda ilk məcburi köçkün ailələrinin öz evlərinə geri dönüşünün şahidi olacağımızı qeyd edib.
Görüşdə tərəflər, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bunu da oxuyun

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Previous Post

Nazir: “Yaxın zamanlarda ilk məcburi köçkün ailələrinin öz evlərinə geri dönüşünün şahidi olacağıq”

Next Post

Azərbaycanda karantinə götürülmə qaydası dəyişib

Bənzər yazılar

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

23 Sentyabr 2026 - 22:52

Suriya Prezidenti Əhməd Əhməd Əl Şaraa bəyan edib ki, əgər Təl-Əviv mövqeyini dəyişərsə və Dəməşqin hüquqlarına hörmət edərsə, İsraillə sülhün...

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ konqresmeni Co Vilsonla görüşüb və Azərbaycan-ABŞ münasibətləri...

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33

Ermənistanda hakimiyyət uğrunda mübarizə fonunda Rusiya ilə bağlı yeni iddialar gündəmə gəlib. “Respublika” partiyasının sədri Aram Sərkisyan Moskvanın Nikol Paşinyan...

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29

Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir. Elchi.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının...

Next Post
Büdcə təşkilatlarında məşğələlərə cəlb olunan professorlara ödənilən haqlar artırılıb

Azərbaycanda karantinə götürülmə qaydası dəyişib

Büdcə təşkilatlarında məşğələlərə cəlb olunan professorlara ödənilən haqlar artırılıb

Azərbaycanda karantinə götürülmə qaydası dəyişib

Son xəbərlər

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

23 Sentyabr 2026 - 22:55
Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

23 Sentyabr 2026 - 22:52
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

23 Sentyabr 2026 - 22:50
Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

23 Sentyabr 2026 - 22:04
Qazaxda açıq ərazidə yanğın baş verib

Qazaxda açıq ərazidə yanğın baş verib

23 Sentyabr 2026 - 22:03
Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33
Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.